Elm təməlli şirkətlərdən birinin mütəxəssisləri elektrokardioqrafiya cihazlarına məxsus birdəfəlik elektrod istehsal edərək onu kommersiyalaşdırmaqla, sağlamlıq sahəsinin ehtiyacını ödəməkdə və ürək xəstələrinin müalicə prosesinin asanlaşdırılmasında mühüm addım atıblar.
Prezident yanında Elmi müavinliyə istinadən verilən məlumata əsasən, elektrokardioqrafiya cihazının elektrodları ürək xəstələrinin vəziyyətlərinin müəyyən olunmasında, ürək və əzələ vəziyyətinin ölçülməsində yüksək əhəmiyyətə malikdir. Bu elektrodlar ürək siqnallarını göstərmək məqsədi ilə ürək manitoru cihazının naqilini xəstənin döş qəfəsinə birləşdirmək üçün istifadə olunur. Hal-hazırda elm təməlli şirkətlərdən birinin texnoloji fəalları elektrokardioqrafiyanın birdəfəlik elektrodlarının istehsal xəttini lokallaşdırmağa və bu praktiki məhsulu istehsal etməyə nail olublar.
Bu texnoloji şirkətin baş direktoru elektrokardioqrafiya cihazının elektrodlarının geniş istifadəsinə işarə edərək deyib: Birdəfəlik elektrodlar elektrokardioqrafiya cihazlarında həyati əhəmiyyətə malikdir. Bu cihaz ürək və əzələnin vəziyyətinə nəzarət edir. Elektrokardioqrafiya cihazının düzgün işləməsi üçün bu elektrodlardan istifadə xüsusi nəzarət şöbələrində və xəstənin həyati əlamətlərinin yoxlanılmasında xüsusi rol oynayır.
O, bu texnoloji şirkət tərəfindən istehsal olunmuş məhsulun rəqabət üstünlüklərinə işarə edərək əlavə edib: Hal-hazırda bu məhsulun idxalından əlavə, 8 yerli şirkət də bu elektrodları istehsal etməkdədir. Bizim şirkətin məhsulu xarici nümunə həddində yüksək keyfiyyətə malik olmasından başqa, Tibbi Avadanlıqların Baş İdarəsindən satış lisenziyası və müxtəlif xəstəxalardan, o cümlədən sosial təminatların təsdiqini əldə edib. Həmçinin bu şirkətin istehsal etdiyi məhsulun qiyməti xarici nümunələrin qiymətinin təxminən yarısına bərabərdir.
Bu texnoloq bu məhsulun istifadə yerləri barəsində deyib: Birdəfəlik elektrodlar insan bədəni ilə elektrokardioqrafiya cihazı arasında vasitəçi kimi və idman testlərində istifadə edilir, reanimasiya şöbələrində və xəstənin həyati əlamətlərinin yoxlanılmasında xüsusi rol oynayır.