Tamamilə İrana məxus avadanlıqlarla təchiz olunmuş əməl otağının təqdimatı

Dördüncü “Biliyə əsaslanan sənaye” tədbiri çərçivəsində Prezident yanında Elm və Texnologiya müavininin iştirakı ilə bütün təchizat və avadanlıqları tamamilə İran istehsalı olan əməl otağının təqdimatı keçirilib.

Ruhullah Dehqani Firuzabadi bu əməl otağına baxış keçirdiyi zaman bildirib: Bu sərgi elm təməlli şirkətlərin sağlamlıq sahəsindəki gücünün təzahürüdür. Hal-hazırda sağlamlıq sənayesində lazım olan qabaqcıl tibbi avadanlıqların böyük bir hissəsi ölkə daxilində istehsal olunur. Bununla yanaşı, beynəlxalq əlaqələr fonunda və digər ölkələrin texnologiya heyətlərini dəvət etməklə bu avadanlıqların beynəlxalq bazarlara daxil olması yolunda çalışırıq.

Dehqani sözlərinin davamında deyib: Bəziləri Pərdis Texnologiya Parkında yerləşən tibbi avadanlıqların istehsalı sahəsində qüdrətli elm təməlli şirkətlərin nailiyyətlərinin yalnız kiçik bir hissəsi nümayiş olunub və zaman keçdikdə onların sayı artırılacaq. Bu sərgilər ziyarətçilərin, o cümlədən daxili və digər ökələrin məsul şəxslərinin İranın elm təməlli şirkətlərinin bacarığı ilə tanış olmaları üçün münasib bir fürsətdir.

Dehqani Pərdis Texnologiya Parkında yerləşən elm təməlli şirkətlərdən birinin strateji əhəmiyyətə malik 3 dərman xammalının istehsal xəttinin işə başlamasına və açılışına toxunaraq deyib: Xərçəngin müalicəsində istifadə olunan dərmanların istehsalında işlədilən dərman xammalının və probiyotik dərmanların istehsal xəttinin təqimatı keçirildi. Hörmətli Sənaye, Mədən və Ticarət naziri və Səhiyyə nazirin iştirakı ilə sağlamlıq sahəsində fəaliyyət göstərən elm təməlli şirkətlərin problemlərinin həlli üçün yaxşı razılaşmalar əldə edildi.

Qeyd etmək lazımdır ki, elm təməlli sənaye tədbirinin yan sərgisində nümayiş etdirilən tibbi avadanlıqlar bir neçə bacarıqlı elm təməlli şirkət tərəfindən istehsal edilərək lokallaşdırılıb. Bu şirkətlərin, sağlamlıq sahəsinin ehtiyacını təmin etməklə yanaşı digər ölkələrə ixracatları da olub.

Bu sərgidə təqdim olunan avadanlıqların bir hissəsi əməl otağında istifadə edilir və ümumilikdə yerli istehsal olan avadanlıqlarla təchiz edilmiş əməl otağının formalaşması üçün zəmin yaradır.

Bu sərgidə tamamilə İran istehsalı olan avadanlıqlarla təchiz edilmiş əməl otağından əlavə, xüsusi nəzarət avadanlıqları, tənəffüs aparatları, hemodializ aparatı, elektrokardioqaraf və tibbi xətti sürətləndirən aparat kimi digər avadanlıqlar da nümayiş olunub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir