Sənaye tipli odadavamlı kemarika lokallaşdırılıb

Xarici KİV-in verdiyi məlumata görə, Evarplast Kumeş şirkətinin idarə heyətinin üzvü Qab Nahid Çegini, sənaye tipli odadavamlı keramikanın müxtəlif mütərəqqi sənayelərdə tətbiq olunmasına işarə edərək deyib: Odadavamlı keramikanın yanma ehtimalı çox olan yaxud yüksək istiliyə sahib olan yerlərdə istifadə edilməsi, iqtisadi və təhlükəsizlik baxımından çox sərfəli ola bilər.

Sənaye tipli odadavamlı keramika, maşın qayırma sənayelərində, dəmir yolu sənayelərində, neft, qaz və neft-kimya sənayesində, taxta və mebel sənayesində, çap və qablaşdırma sənayesində, tekstil sənayesində, elektrik enerjisi, elektronika və telekommunikasiya sənayelərində tətbiq oluna bilər.

Sənaye tipli odadavamlı keramika, oksidləşmə və korroziya qarşısında yüksək dözüm, yüksək hərarətli izolizasiya və mexaniki müqavimət, aşağı istilik genişlənməsi və yüksək aşınma qarşısında müqavimət kimi bir çox qabiliyyətlərə malikdir.

Odadavamlının ən əsas xüsusiyyətlərindən olan yüksək istilik dərəcəsi və kimyəvi maddələrin keçirilməzliyi qarşısında müqavimətdən əlavə odadavamlı keramikalar kimyəvi tərkiblər, korroziya və həmçinin, ona daxil olan təzyiqlər qarşısında yüksək dözümlülük nümayiş etdirirlər.

Yanmayan keramikalar işi odla olan sənayelərdə, xüsusən də sənaye sobaları astarlarında istifadə olunur. Onlar çox yüksək istilik enerjisinə dözə bilirlər. Odadavamlı keramikaların dözə biləcəyi temperatur, 600-2000 dərəcə arasındadır.

Yüksək bükülməyə malik nazik divarlı odadavamlı keramikanın, elektrik şokuna qarşı dözümlülüyü, eletrik izolizasiyası, istilik izolizasiyası və yüksək istiliyə qarşı dözümlülüyü var.

Bu bilik bazası meneceri deyib:  Yanmayan keramika istehsalı birbaşa və dolayısı yolla bir çox iş fürsətləri yaratmışdır. Bundan əlavə ölkəyə böyük miqdarda valyutaya qənaəti bağışlayıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir