İranın elm təməlli şirkətlərindən birinin mütəxəssisləri sink nano əlavələri (sink metal) istehsal etməyə nail olublar. O, liposomal formulasiyadan istifadə olunduğuna görə, bazarda mövcud olan əlavələrlə müqayisədə iki dəfə daha çox udulmaya malikdir.
Xarici KİV-in Prezident yanında elmi müavinliyə istinadən verdiyi məlumata görə, İranın elm təməlli şirkətlərindən birinin mütəxəssisləri sink nano əlavələri (sink metal) istehsal etməyə nail olublar. O, liposomal formulasiyadan istifadə olunduğuna görə, bazarda mövcud olan əlavələrlə müqayisədə iki dəfə daha çox udulmaya malikdir.
Bu elm təməlli şirkətin baş direktoru Ərsəlan Paşapur sink əlavələrinin istifadəsinin vacibliyi barəsində deyib: “İran torpağı sink miqdarı baxımından o qədər də zəngin deyil və bu, kənd təsərrüfatı torpağı barəsində də keçərlidir. Buna görə də, əldə olunan kənd təsərrüfatı məhsullarında da sink səviyyəsi azdır. Dərc olunmuş məlumatalara əsasən, təxminən iranlıların 40%-i sink çatışmazlığı ilə üz-üzədir. Buna görə də, bir qrup insan üçün sink əlavəsindən istifadə etmək zəruridir.”
O, əlavə edib: Bəzən əlavələrdən istifadə də bədənin tələb etdiyi sink miqdarını təmin etmir. Bunun səbəbi də sinkin az udulmasıdır, xüsusən də sinkin kalsium və dəmir kimi elementlərlə bədənə daxil olduğu zaman. Buna görə də, biz udulma miqdarını artıra biləcək liposomal formulasiya sorağına getdik. Bizim bu sahədəki fəaliyyətlərimizin nəticəsi Lipizinc adlı şərbət oldu və biz onu hazırlayaraq bazara çıxardıq. Hal-hazırda illik olaraq bu şərbətdən 200 min şüşə istehsal olunub, ölkə boyu mövcud olan bazarlara təqdim olunur. İldə 1 milyon şüşə istehsal etmək qabiliyyətinə də malikik.
Paşapur deyib: Yağ turşusu ilə kapsullaşdırılmış sink oksid nanohissəciklərini özündə ehtiva edən 10 mq sink əlavəsi C vitamini, B Complex vitamini kimi bəzi mühüm tərkiblərə malikdir. Bu əlavə sink çatışmazlığına görə inkişaf problemi ilə üzləşmiş uşaqların məqbul fiziki və zehni inkişafa yetişmələrinə kömək edir. Həmçinin sink çatışmazlığına görə uşağın immun sistemi problemlə üzləşdiyi təqdirdə, bu əlavə immun sistemini də gücləndirir. Bu əlavə böyüklərdə saçın, dərinin və dırnağın daha yaxşı inkişafı və bərpasına çox kömək edir.
Bu şirkətin baş direktoru şirkətin bu məhsulun Oman, Azərbaycan və Tacikistan kimi ölkələrə ixrac olunması ilə bağlı planları barəsində məlumat verərək deyib: Bu məhsulun nümunəsi bəzi ölkələrə göndərilib və Tacikistanla olan müzakirələr müqavilə bağlanma mərhələsindədir.
Sink elementi bədənin tələb etdiyi və hər bir fərdin sağlamlığında çox mühüm rolu olan ən vacib mineral maddələrdən biridir. Bədəndə sink çatışmazlığının inkişafın gecikməsi, immun sisteminin zəifləməsi, infeksiya riskinin artması, cinsi vəzilərdə qüsurlar, iştahsızlıq, ishal, çəki itirilməsi, yaraların gec sağalması, döldə sinir borusunun inkişafında qüsurlar, tük tökülməsi və keçəlləşmə, psixi pozğunluqlar, dəri lezyonları… kimi nəticələri ola bilər. Buna görə də, sink insan qidalanmasında geniş bioloji funksiyaları yerinə yetirən vacib minerallardan biridir.