Keniya və Uqandanın, İranın köməyi ilə kənd təsərrüfatı dronlarının texnoloji xidmət mərkəzlərini yaratmaq istəyi

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Keniya və Uqandanın bir neçə özəl sektor investorunun İran texnoloqlarının biliklərinin köməyi ilə bu ölkədə kənd təsərrüfatı dronlarının xidmət mərkəzlərini yaratmaqda maraqlı olduğunu bildirib.

İran prezidentinin üç Afrika ölkəsinə Keniya, Uqanda və Zimbabveyə son səfərində bu ölkələrin məsul şəxsləri və özəl sektorunun diqqətini özünə cəld edən texnoloji məhsullardan biri, yerli elm təməlli şirkətlərdən birinin istehsal etdiyi uçan robot yaxud kənd təsərrüfatı dronları olub.

Tamamilə karbon və çox davamlı gövdəyə sahib bu uçan robotlar kənd təsərrüfatı sənayesində müxtəlif növ tətbiqlərə, o cümlədən zəhərli maddələrin səpilməsi, gübrələrin səpilməsi, toxumların səpilməsi, görüntüləmə, tarlaların yoxlanılması və xəritələşdirilməsi kimi tətbiqlərə malikdir.

Bu kənd təsərrüfatı dronlarının gücü və qabiliyyəti unikal dizayna, güclü və su keçirməyən motorlara şamildir. “Pelikan 2” adlı bu dronlardan biri, kənd təsərrüfatı yüklərinin ən çox çəkisini daşıyır və bazarda möcvud olan xarici rəqibinə nisbətən iki dəfə daha çox uçuş müddətinə sahibdir. Həmçinin zəhər səpmə sistemi və zəhər daşıma tankerinə yaxud gübrə səpmə sistemi və toxum səpmə sisteminə şamil olan 11 kq ağırlığındakı yükü 12 dəqiqə müddətində daşıya bilir.

Elm təməlli İran şirkətlərinin istehsal etdiyi bu dronlar İran prezidenti və nümayəndə heyətinin 12 İyul tarixində Keniyaya səfəri zamanı ilk dəfə olaraq Nayrobdakı İranın İnnovasiya və Texnologiya Mərkəzində Ayətullah Seyid İbrahim Rəisinin iştirakı ilə İranın elm təməlli məhsulları üçün matketinq məqsədi ilə təqdim olunub.

Bu elə bir texnoloji məhsuldur ki, Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbərinin sözlərinə görə, məhsul nümayiş olunduqdan sonra, Keniya və Uqandada bir neçə özəl sektor investoru öz ölkəsində kənd təsərrüfatı sahəsində dron xidmətlərinin təqdim olunma mərkəzinin işə salınması məqsədilə sərmayə yatırılmasında maraqlı olduqlarını bildiriblər.

Əmir Hüseyn Mirabadi verdiyi müsahibədə hal-hazırda kənd təsərrüfatı sahəsinin İran və Afrika ölkələri arasındakı əməkdaşlığı üçün çox münasib imkanlara malik olduğunu vurğulayarq deyib: Bu regionun ölkələri kənd təsərrüfatının yüksəldilməsi və bu sahənin iqtisadiləşdirilməsi üçün güclü səy göstərirlər.

O, deyib: Afrikaya səfər zamanı ilk dəfə təqdim olunan texnologiyalardan biri, elm təməlli bir şirkət tərəfindən istehsal olunmuş kənd təsərrüfatında istifadə olunan “Pelikan 2 dronu”“Storm dronu” adlı iki dronun nümayiş olunması idi.

O, əlavə olaraq deyib: Bu dronlar zəhər səpmə, gübrə səpmə və maye gübrələrin səpilməsi, toxum əkmə, görüntüləmə və həmçinin üzərinə quraşdırılmış kameralar vasitəsi ilə sahələrin təsviri və monitorinqində istifadə olunur.

Mirabadi Pelikan 2 dronunun unikal xüsusiyyətləri olduğunu bildrərək deyib: Su və toz keçirməz, ayrıla bilən qanadlar, 2 dəqiqə ərzində hazırlıqlı vəziyyətə gətiliməsi, avtomatik uçuş, hər uçuşda 2 hektar çiləmə, 5-6 metr enliyində örtük, müxtəlif növ kənd təsərrüfatı modullarının quraşdırılma imkanı, dəqiqədə 6 litr nasoslama və uçuş yolunu müəyyənləşdirən ağıllı proqrama sahib olmaq bu texnoloji məhsulun xüsusiyyətlərindəndir.

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri deyib: Ümumiyyətlə dronlar Afrikada işlədilmək üçün çox münasib imkanlara sahibdir və satış əvəzinə xidmətlərin təqdim olunması şəklində onların üzərində proqram qurulmalıdır.

Mirabadi Elm və Texnologiya müavinliyinin dronların satışı ilə müqayisədə onların texnoloji xidmətlərinin təqdim olunması üzərindəki təkidinin səbəbi barəsində deyib: Afrika ölkələri çox böyük kənd təsərrüfatı sahələrinə sahibdirlər və bəzi yerlərdə sahələrə çıxış çətindir. Digər tərəfdən, kənd təsərrüfatı məhsulları və zəhərlərin qiyməti kənd təsərrüfatı məhsullarının sabit qiymətində təsirlidir. Bu, kənd təsərrüfatı sahəsinin daha çox iqtisadiləşdirilməsində afrikalılar üçün çox mühümdür.

Mirabadi, həmçinin deyib: Zəhərin səpilməsindəki diqqətin artırılması bu kənd təsərrüfatı dronlarının əsas xüsusiyyətlərindəndir. Bu texnologiya dərman səpilməsindəki diqqəti yüksəltdiyinə görə, işin səmərəliliyi artacaq və istifadə olunan zəhərin miqdari çox aşağı düşəcək. Bu məsələ kənd təsərrüfatı iqtisadiyyatında və məhsulun sabit qiymətində çox mühümdür.

O, kənd təsərrüfatı dronlarından istifadə etməklə kənd təsərrüfatında işin sürətinin artmasını bu dronların istifadəsinin digər cəlb edici xüsusiyyətlərindən biri olduğunu qeyd edərək deyib: Kənd təsərrüfatı dronu 15 dəqiqə ərzində 2 hektar ərazini əhatə edə bilir. Əgər böyük sahələri nəzərə alsaq, bu texnologiya olmadan çoxlu işçi qüvvəsinə və daha çox zamana ehtiyac yaranacaq və əkinçilər bir neçə saatlıq iş üçün bir neçə gün sərf etməyə məcbur olacaqlar. Nəticədə, tarlalarda zərərvericilərlə və xəstəliklərlə mübarizə təxirə düşəcək. Bunun özü zərərlidir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir