İranın “ilk dəfə” turbinləri Rusiyada Siemens avadanlıqlarının yerini necə tutub?

Strateji avadanlıqlara qoyulan sanksiyaları təsirsiz etmək üçün formalaşan İranın “ilk dəfə istehsal” məhsulları indi digər ölkələrə, o cümlədən Rusiyaya ixrac oluna bilər.

2022-ci ilin Aprel-May aylarında Almaniya şirkəti olan “Siemens”-in icraçı direktoru Ronald Buş, bildirib ki, Rusiya əleyhinə sanksiyaların artmasına görə bu şirkətin gəliri 625 milyon dollar azalıb və şirkət Rusiyada bütün sənaye və ticarət əməliyyatlarını dayandırmaq niyyətindədir. Bu şirkətin Rusiyada fəaliyyətə başlamasından 170 il ötür və Rusiya elektrikinin təxminən yarısını qazla işləyən elektrik stansiyaları istehsal edir ki, onun turbinlərinin hazırlanması bu nəhəng Almaniya sənayesinin öhdəsində idi.

Rusiya hal-hazırda kiçik və orta ölçülü turbinləri lokallaşdırıb, amma Siemens şirkətinin monopoliyasına görə indiyə kimi qaz turbinlərinin istehsalı zəmnində 100 meqavatdan çox gücə sahib turbinlər istehsal edə bilməyib.

Siemensin Rusiyadan çıxması ilə bu ölkə, enerji istehsalı infrastrukturunda yeni texnologiyaların əvəzləyicisini axtramağa başlayıb. Beləlikə də Siemens turbinlərinin əvəzləyicisi olaraq İran istehsalı olan qaz turbinlərini seçib. Cari ilin Noyabr-Dekabr aylarında Rusiya Enerji naziri Nikolay Şalginova istinadən bildirilib ki, Rusiya İranın qaz turbinlərindən istifadə etməkdə ciddi şəkildə qərara gəlib.

Xarici KİV-in verdiyi məlumata görə, Rusiya Su Elektrik Stansiyalarında Siemens turbinlərinin əvəzləyicisi olan İrana məxsus hissələrin istehsalı başlayıb.

İranda “ilk dəfə istehsal” adı altında istehsal olunmuş İrana məxsus MGT-70 qaz turbin qurğuları, indi nəhəng Siemens sənayesinin avandanlıqlarının boş yerini doldura bilər. Bundan əvvəl də İran katalizatorlarının Rusiya neft-kimya sənayelərinə ixracı, Siemens şirkətinin Rusiyadan çıxması ilə əmələ gələn çatışmamazlığı aradan qaldıra bilməsinə dair iddiaya şahiddir.

Qərbin İrana qarşı sankasiyalarının şiddətlənməsi ilə sanksiyalar neft və qaz sənayesi avadanlıqlarını da əhatə edib. Amma prezident yanında Elm, Texnologiya və Elm təməlli İqtisadiyyat müavinliyində “ilk dəfə istehsal” işçi qrupunun yaradılması sanksiya qoyulmuş avadanlıqların istehsalını iranlı texnoloq və alimlərə tapşırmaq üçün bir müqəddimə idi. İlk öncə sanksiyaları təsirsiz etmək və valyutanın ölkədən çıxarılmasının azaldılmasını izləyən “ilk dəfə istehsal” məhsulları, sonda ixracatla ölkəyə valyutanın daxil olmasına səbəb ola bilər.

Ölkə daxilindəki mütəxəssislərə etimad etmək nəticə verməkdədir. Rusiyaya katalizatorların ixracı, Almaniya şirkəti olan Siemens turbinlərinin yerinə İran turbinlərindən istifadə, dəniz neftayırma zavodlarının İran tərəfindən təchiz edilməsi kimi hadisələr bu etimadın sayəsində həyata keçib. İlk dəfə istehsal məhsulları digər ölkələrin yarı-aktiv yaxud qeyri-aktiv elektrik stansiyalarında və neftayırma zavodlarında istifadə oluna bilər.

İslam Şurasının Enerji Komissiyasının üzvü, deyib: Ötən illər ərzində Almaniyanın Siemens şirkətindən turbinlər üçün aldığımız bu texnologiya, o illərdə yaxşı səviyyədə idi.

O, əlavə olaraq deyib: Əldə olunmuş razılaşmaların və müqavilələrin necəliyi hələ məlum deyil. Amma İran istehsalı olan turbinlərin Rusiyaya daxil olması, elm təməlli şirkətlərin köməyi ilə İranın sənaye sahəsində xarici bir ölkədə mövcudluğunun möhkəmlənməsi deməkdir. Bu addım, “ilk dəfə istehsal” ilə ölkənin tədqiqat və inkişafının davamından əlavə ölkənin brendləşməsinə, region səviyyəsində tanınmasına kömək edir, üstünlük hesab olunur. İki ölkə arasında mübadilələrin artmasını nəzərə almaqla, bunun ölkə üçün yüksək valyuta nailiyyətlərinə səbəb olması gözlənilir.

O, həmçinin deyib: Ölkədə süngər koksun istehsalı, katalizatorların Rusiyaya ixracı, dəniz neftayırma zavodlarında İranın neftayırma avadanlıqlarından istifadə olunması, qabaqcıl top ötürücülərinin istehsalı və s. ölkənin neft və qaz sənayesindəki inkişafını göstərir. Bu nailiyyətlər iranlı mütəxəssislərin gücünün göstəricisidir. Amma şübhəsiz ki, dünyanın elm və sənaye qrumları ilə təsirli əlaqləni nəzərə almalıyıq. Gərək digərləri ilə həmkarlıq edərək ölkənin sənaye inkişafını sürətləndirək. Almaniyaya belə rəhm etməyən qərb sanksiyalarının sayəsində “ilk dəfə istehsal” siyasəti, həm valyuta çıxışının azaldılmasında, həm də ixracatda ölkənin elm təməlli istehsalına layiqincə kömək edib. Bu elmi və sübut olunmuş fəaliyyətin təcrübələri ölkənin digər sənayelərində də izlənməli, ehtiyacların müəyyən edilməsi və onların daxili istehsal ilə aradan qalxması üçün lazım olan asanlaşdırma yaranmalıdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir