İran elitalarının hazırladığı nanobetonlar binanı zəlzələyə qarşı davamlı edir

Elm təməlli şirkətlərdən birinin mütəxəssisləri betonun istehsal prosesində sement istifadəsinin azaldılması ilə yanaşı, konstruksiyaların seysmik müqavimətinin və möhkəliliyinin artırlmasına səbəb olan olduqca yüngül strukturlu nanobeton ixtira etməyə müvəffəq olublar.

Bu şirkət nanobeton istehsalı sahəsində mütəmadi illər ərzində əldə etdiyi təcrübəsiylə hal-hazırda ölkədə yüngül strukturlu beton üzrə unikal istehsaldan əlavə, öz tədqiqat və inkişaf bölməsinin gücünə söykənməklə beton texnologiyası sahəsində qabaqcıl bir şirkət kimi dizaynerlərin və layihələrinn ehtiyac duyduğu xüsusi beton növlərini müqavimət, səmərəlilik, rəng və zahiri keyfiyyət sahələrində fərdi xüsusiyyətləri ilə təqdim edir.

Son illərdə elm təməlli Behdis Saman Əmin Şirkəti (Vendidad) beton texnologiyasında nano istifadəsi sahəsində geniş tədqiqatlar həyata keçirib və istehsal etdiyi beton növlərini qablaşdırılmış quru şəkildə ölkənin hər yerinə göndərmə qabiliyyəti yaratmaqdan əlavə, bu güclü betonlardan istifadə etməklə yüksək keyfiyyətli prefabrik hissələrin istehsalına başlayıb.

Şirkətin baş direktoru Hamid Sabir şirkətin fəaliyyəti və məhsullarının izahında deyib: Olduqca yüngül strukturlu beton xüsusi çəkisi 1200-1800 kq\mvə möhkəmliyi 20-50 Mpa olan bir betondur. Ondan istifadə ölü yükü və binaya daxil olan zəlzələ qüvvələrini azaltmaq üçün münasib yollardan biridir və konstrukturun davamlılığının və müqavimətinin artmasına səbəb olur.

O, bu şirkətin digər məhsullarının təqdimatının davamında yüksək müqavimətli, açıq və rəngli, özü sıxlaşan, diyircəkli və möhkəm betonlara şamil olan xüsusi beton növlərinə işarə edərək deyib: Bu xüsusi betonlar hazır və quru qablaşdırılmış olmaqla iki cürdür. Həmçinin bu şirkət şəhər tikintisində keyfiyyət və sürətin eyni zamanda artması istiqamətində prefabrik yanaşmalı mühəhdislik araşdırmaları sahəsindəki qabiliyyətlərindən bəhrələnməklə, yüksək keyfiyyətli, hava şəraiti qarşısında dayanıqlı betonlardan istifadə etməklə görünüş, daxili məkanlar və şəhər mebelləri üçün müxtəlif növ sifarişli beton istehsalına başlayıb.

Sabir, həmçinin binaların beton və polad konstruksiyalarının həyata keçməsinin sürət və keyfiyyətinin artmasında ciddi dəyişiklik hesab edilən bu şirkətin olduqca yüngül nanobeton istifadəli “Vandek tavan” adlı yeni məhsulunu xatırladıb.

Həmçinin şirkətin mühəndislik qrupu prefabrik modul evlərin tikintisinə başlayıblar ki, bu da, təhsil, xidmət, əyləncə və yaşayış komplekslərinin tikintisinin sənayeləşməsi istiqamətində atılan əhəmiyyətli addımdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir