İran Ərəbistana qalib gələrək, finala yüksəldi

İranın yeniyetmələrdən ibarət milli həndbol komandası Səudiyyə Ərəbistanına qalib gələrək Asiya finalına çıxıb

İranın yeniyetmələrdən ibarət həndbol üzrə yığma komandası bazar günü axşam 80 dəqiqəlik nəfəs kəsən marafonda Səudiyyə Ərəbistanına 33-32 hesabı ilə qalib gələrək, Asiya çempionatının final oyununa vəsiqə qazanıb.

İranın yeniyetmələrdən ibarət milli həndbol komandası Asiya çempionatının qrup mərhələsində üç qələbə və bir məğlubiyyətlə öz qrupunun ikinci komandası olaraq, yarımfinala yüksəlib.

Yarımfinal mərhələsinin digər görüşündə Cənubi Koreyaya Yaponiyaya 23-21 hesabı ilə qalib gələrək, finala yüksəlib.

Asiya çempionatının final oyunu avqustun 31-də İran və Cənubi Koreya arasında keçiriləcək.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir