İİR Ordusunun 83-cü eskadrası Qırmızı dənizdə dəniz quldurları ilə toqquşub

İran İslam Respublkası Ordusunun dəniz qüvvələri, bu qüvvələrin səksən üçüncü eskadrasının Qırmızı dənizdə dəniz quldurları ilə toqquşduğunu bildirib.

İRİB-nin məlumatına əsasən, İran İslam Respublkası Ordusunun dəniz qüvvələrinin bildirişinə əsasən, Babül-Məndəb boğazında İranın ticarət gəmisinə yaxınlaşan on iki silahlı sərnişinə malik bir şübhəli qayıq İranın müşayiət komandasının sayıqlığı və dəniz qüvvələrinin «Cəmaran» destroyerinin atəş açması ilə bölgədən uzaqlaşıbdır.

Bu, ordunun səksən üçüncü eskadrasının ötən bir ay ərzində Qırmızı dənizdə şübhəli qayıqlar ilə üçüncü toqquşmasıdır.

İran İslam Respublkası Ordusunun dəniz qüvvələri səksəninci günəş onilliyindən bu yana, Ədən körfəzində və Babül-Məndəb boğazında dəniz quldurluğunun ciddiləşməsilə bu və digər bölgələrə bir döyüş və bir himayə gəmisi formasında eskadralar göndərib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir