Elm və texnologiya zirvələrinə yüksəliş; İran İslam Respublikasının böyük addımı — 3-cü hissə

Akademik və tədqiqat nailiyyətləri

Universitetlər, onlara bağlı elm təməlli şirkətlər, magistratura və doktorantura tələbələri və professor-müəllim heyətinin üzvləri hər gün elmi tapıntıları texnologiyaya çevirməkdədirlər. Onlar texnologiyaların kommersiyalaşdırılması və kütləvi istehsalı üçün enişli-yoxuşlu yollar keçirlər.

Əslində elm təməlli şirkətlər texnologiyanın bazara daxil olması üçün ön xətt olub, əsasən elm və texnologiya parklarında yerləşirlər. Məsələn, təkcə Şərif Sənaye Universitetinin elm və texnologiya parkında 80 elm təməlli şirkət, Əmir Kəbir Sənaye Universitetinin Texnologiya Qülləsində 14 elm təməlli şirkət və 48 texnoloji bölmə ya şirkət inkişaf və inkişafdan öncəki bölmələrdə yerləşir.

Elm yaradıcılığı sahəsində iranlı alimlər tərəfindən əldə edilən bütün bu nailiyyətlərə baxmayaraq, belə görünür ki, xüsusilə İslam inqilabı rəhbərinin çıxışı zamanı etdiyi təkidlərdən sonra universitetlərin və digər elmi və tədqiqat mərkəzlərinin ideyanın məhsula çevrilməsinə, məhsulların keyfiyyətinin artırılmasına və İran məhsullarının himayə olunmasına daha çox diqqət yetirmələrinin vaxtı gəlib çatıb.

Səhiyyə sahəsindəki nailiyyətlər və həyata ümidin artması

Səhiyyə sahəsi də İranın elmi tərəqqi silsiləsindən geri qalmayıb və hətta bəzi hallarda digər ixtisaslardan önə keçib. Elmi tibbi məhsulların istehsalı sahəsində regionda və İslam ölkələri arasında 1-ci yeri qazanmaq bu sahənin tədqiqatçılarının səyləri və məsul şəxslərin dəstəkləri ilə əldə edilən nailiyyətlərdəndir.

Bu sahədə təqdim olunmuş ən son statistikaya əsasən, İran 52 min 160 elmi məqalə dərc etməklə İslam ölkələri arasında məqalə hazırlamaq üzrə 1-ci yerə sahibdir. Belə ki, Səhiyyə Nazirliyinin Tədqiqat və Texnologiya müavini dr. Rza Məlikzadənin sözlərinə görə, bu məqam ölkənin 20 illik baxış üfüqündən 10 il daha tez əldə edilib. İran dünya əhalisinin 1%-nə malikdir, amma ölkədəki elm yaradıcılıq payı 1996-cı ildəki yüzdə yeddi faizdən 2017-ci ildəki 1.8%-ə çatıb və ISI-də dünya üzrə 17-ci yeri qazanıb.

Həmçinin İranın tibb elmləri üzrə ən üstün alimlərinin sayı 550 nəfərə çatıb. Ölkənin tədqiqat mərkəzlərinin sayı 724-ə yüksəlib. Ölkədə mövcud olan 3 min 307 elm təməlli şirkətin 912-si səhiyyə sahəsinə aiddir. Bu şirkətlər inqilabdan sonrakı illər ərzində 171 layihəni elmi məhsullara çevirib, bəzi dərman və peyvəndlərin ölkə daxilində istehsalına imkan yaradıblar.

Bundan əlavə, iranlı tədqiqatçılar səhiyyə sahəsində yorulmadan çalışmaqla ölkənin səhiyyə və müalicə sahəsindəki hədəflərin irəli getməsində böyük təsirə sahib olan nailiyyətlər əldə etməyə müvəffəq olublar; nanodərmanların istehsalı, genetik xəstəliklərin qarşısının alınması üsullarını tapmaq, heyvan simulyasiyası və xəstəliklərin dioqnozu və mülaicəsində ondan  istifadə, İran Etnikləri Layihəsinin Hərtərəfli Genetik Məlumat Bazasının və işə salınması, insan beyni və embrion bankının yaradılması. Bunlar İslam inqilabından sonrakı illərdə iranlıların yaşayış keyfiyyətinin yüksəlməsinə və onlarda həyata ümdin artmasına səbəb olan minlərlə uğurun xülasəsidir.

Səhiyyə Nazirliyinin Tədqiqat və Texnologiya müavini dr. Rza Məlikzadənin sözlərinə görə, İranda ömür uzunluğuna olan ümid 1990-cı ildə qadınlar arsında 71.1 il və kişilər arasında 65.2 il olub. Bu rəqəm 2016-ci ildə qadınlar arasında 78.4 ilə, kişilər arasında isə 73.8 ilə yüksəlib.

O, bu barədə deyib: İranda standartlaşdırılmış ölüm yaşına baxış onu göstərir ki, iqtisadi vəziyyətin yaxşılaşmasının artması, səhiyyə xidmətlərinə daha çox çıxış imkanı, uşaq və anaların ölüm sayının azalması, yol hadisləri nəticəsində ölüm sayının azalması kimi səbəblərə görə, bu rəqəm 1991-ci ildən 2016-cı ilə qədər aşağı düşüb və 27% azalıb. Həmçinin doğulan hər 1000 diri uşağa nisbətdə 1 yaşdan aşağı uşaqların ölüm səviyyəsi 1990-cı ildə 53.4%-dən 2016-cı ildə 15.1%-ə düşüb. Eyni zaman kəsiyində hər 1000 diri uşağa nisbətdə 5 yaşdan aşağı uşaqların ölüm səviyyəsi 67.4%-dən 17.8%-ə düşüb. Bu da erkən ölümlərin qarşısının alınmasında İranın inkişaf etdiyini göstərir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir