Böhranlı şəraitdə nanotexnologiyayla içməli sağlam suyun təmin edilməsi

İrana məxsus elm təməlli bir şirkətin tədqiqatçıları keramika nanostrukturlu membranlardan istifadə etməklə, suyun bulanıqlığını azaltmağı, müxtəlif növ mikroorqanizmləri və virusları sudan ayırmağı bacarıblar.

Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Texnologiyanın Mübadiləsi Şəbəkəsinin dəstəyi ilə 4 sahədə, uğurla sona çatmış layihələr elm təməlli şirkətlərin əməkdaşlığıyla həyata keçirilib.

Bu layihələr 4 sahədə “neft, qaz, emal və neft-kimya”, “su və tullantı sulları”, “qida və içki sənayesi”, “mədən və polad” sahələrində həyata keçirilib və əlaqəli sənayelərin inkişafında təsirli rola malik olublar. Əslində bu layihələr təyin və təklif bazarı arasındakı düzgün əlaqənin nəticəsidir. Texnologiyanın Mübadiləsi Şəbəkəsi onlar arasında vasitəçi olaraq, sənaye və elm arasındakı möhkəm əlaqənin formalaşmasına kömək edir.

“Böhranlı şəraidə içməli suyun təmizlənməsi paketi layihəsi” bu layihələrdən biri idi. Bu layihə ölkənin su və kanalizasiya şirkətinin tələbiylə həyata keçirilib və bununla da Böhanlı şəraidə içməli suyun təmizlənməsi paketi təmin olunub. Texnologiya ərizəçisinin istəyinə uyğun elə bir məhsul istehsal edilib ki, membran təmizləmə texnologiyasından istifadə etməklə, içməli suyun göl, çay və dayaz quyular kimi mövcud su mənlərindən təmin edilməsi imkanını yarada bilər.

Nano Sənayesi Tədqiqatçıları Şirkəti bu layihənin icraçısı olub. Bu şirkət keramika nanostrukturlu membranların istehsalı sahəsində fəaliyyət göstərir və bu layihəni həyata keçirməklə, ərizəçi tərəf NTU 1-dən daha az bulanıqlığın təmin olunması (içməli suyun icazəli həddi NTU 5-dir), məhsulun sadə daşınması və işə salınması, mikrob yükünün və hər növ virusların 100% aradan qaldırılması kimi üstünlüklərə sahib olub.

Bu pakeklərdə istifadə olunmuş keramika membranlar 100 nanometrdən daha böyük olan zərrəcikləri aradan qaldırma imkanına malikdir və bu yolla da mikrob yükü, mikroorqanizmlər və hər növ viruslar bu membranlar vasitəsilə ayrılırlar. Bu layihə böhranlı şərait baş verən zaman xəstəliklərin yayılmasının qarşısını alır, bu şəraitdə kənd təsərrüfatını su ilə təmin edir və istifadəçilər üçün yer üstü su mənbələrindən istifadə etmək imkanı yaradır.

Böhranlı şərait yaranan zaman sağlam suyu təmin etmək və insanların ixtiyarına vermək çox vacibdir. Əgər böhranlı şəraitdə suyun təmizlənməsi imkanı olmazsa və sağlam su əldə olunmazsa, çirkli sudan istifadə etmək xəstəliklərinn üzə çıxmasına və yeni bir böhranın yaranmasına səbəb olar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir