86 kq çəki dərəcəsində İranın sərbəst güləşçisi, finalda yaponiyalı rəqibi üzərində qələbə qazanaraq çempion olub.
Xarici KİV-in verdiyi məlumata əsasən, birinci turda Həsən Yəzdani, 86 kq-da Polşadan olan Sebastin Cəzirzaneskini 10-0 hesabı ilə məğlub edib.
O, ikinci turda və 4/1 finalda dünya bürüncünə sahib Azərbaycandan olan rəqibi Əbubəkr Abakarovu 11-0 hesabı ilə məğlub edərək yarım finala çıxıb. Yəzdani, bu mərhələdə amerikalı rəqibi Mark Hal üzərində 10-0 hesablı qələbə qazanıb və finala vəsiqə eldə edib.
Yəzdani, final mərhələsində Yaponiyadan olan Hayato İşiqoro ilə qarşılaşıb və 13-2 hesablı qələbə eldə edərək çempion olub.