Zaqrebdə ilk qızıl, Ətarinin adına yazılıb

61 kq çəki dərəcəsində İranın sərbəst güləşçisi, son görüşdə uğur qazanıb. Rəqibini məğlub edərək çempion adını öz adına yazdırıb.

Xarici KİV-in verdiyi məlumata görə, birinci turda Rza Ətri, 61 kq-da gürcüstanlı rəqibi Şuta Fartenadzeni 4-3 hesabı ilə məğlub edərək yarım finala yollanıb.

O, bu mərhələdə Macarıstandan olan Xalidov Qamzatqaci ilə mübarizə aparıb və 3-0 hesabı ilə qələbə qazanaraq finala çıxıb.

Ətri, final görüşündə dünya bürünc medalına sahib olan monqolustanlı Naranxu Narmandaxa qarşı mübarizə aparıb və texniki fənd işlətməklə 11-3 hesabıyla çempion olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir