Elm təməlli şirkətlərdən birinin mütəxəssisləri müxtəlif növ rezin və polimer 3D printerləri istehsal etməyə nail olublar. Onlarla çap olunan hissələr müxtəlif növ avadanlıqlarda və tətbiqlərdə istifadə oluna bilər.
Bu layihənin tədqiqatçılarından olan Bəhram Kazimi deyib: Biz diqqətimizi müxtəlif növ 3D printerlərinin dizaynı və istehsalına cəmləyib, 3D FDM rezin printerləri və sənaye temperaturlu FDM printerlərini istehsal etməyə nail olmuşuq. Sənaye temperaturlu FDM printerləri polikarbonad və poliamid kimi sənaye polimerlərini çap etmək üçün istifadə edilir.
O, bu printerlərdə istifadə edilmiş texnologiyaların fərqli olduğunu bildirərək deyib: FDM printerləri adətən, filamentlər və polimer ipləri çap edirlər, amma rezin printerlər ultrabənövşəyi şüalardan istifadə edərək fotorezistləri qat-qat qurudur və çap edirlər.
Bu tədqiqatçı deyib: Texnologiyası ən yeni rezin printer texnologiyalarından biri olan DLP-yə əsaslanan rezin printerlər üzərində araşdırmalar gündəmimizdədir. Bu texnologiya “High Tech” (yüksək texnologiya) texnologiyalarından sayılır.
O, sənaye temperaturlu FDM printerlərinin sənaye miqyasında istehsal olunduğunu vurğulayaraq deyib: Bu printerdən istehsal olunmuş son məhsullar ilk nümunə həddində deyil, əksinə onlardan istehsal olunmuş hissələri cihazlarda istifadə etmək olar.
Kazimi rezin printerlərin zərgərlikdə və stomatologiyada tətbiq olunduğunu bildirərək deyib: Bu printer insanın dişinin prototipini çap edə bilər. Zərgərlikdə də tökmə prosesinin dəqiq yerinə yetirilməsi və nəhayətdə, qızılın hazırlanması üçün bir növ qətran tökümü ilə nümunələri çap edib, silindirə yerləşdirmək olar.