İranın gənclərdən ibarət Yunan-Roma güləşi üzrə milli komandası Asiya çempionatı yarışlarında hər 10 çəkidə medal qazandıqdan sonra çempion olub.
Xarici KİV-in verdiyi məlumata görə, Muhəmməd Əşiri 60 kq, Əhura Buyeri 67 kq, Əbulfəzl Çupani 87 kq, Əmir Rza Əkbəri 97 kq və Fərdin Hidayəti 139 kq çəki dərəcəsində İran komandasına qızıl medal qazandırıblar. Seyid Muhəmməd Mehdi Miri 72 kq-da gümüş medal, Əli Əhmədi Vəfa 55 kq, Rza Qeytasi 63 kq, Əlirza Əbdiəli 77 kq və Yasin Yəzdi 82 kq-da bürünc medal qazanıblar.
Komanda yarışında isə İran 205 xal və tam qüvvəylə çempion adını qazanıb. Özbəkistan 180 və Qazaxıstan 170 xalla ikinci və üçüncü yerlərdə qərarlaşıblar.