Yunan-Roma güləşi üzrə Asiya Çempionatında İranın adına yazılan ilk qızıl medal

Asiya Çempionatının böyüklər arasında keçirilən Yunan-Roma güləşi yarışlarının 33-cü mərhələsi, 9 və 10 Aprel tarixində Qazaxıstanın Astana şəhərində keçirilib. İlk 5 çəkidə yer alan İran güləşçiləri qrup mərhələsində rəqibləri ilə üz-üzə gəliblər. Qrup mərhələsində rəqiblərini məğlub edərək yarım-final və final mərhələlərinə yüksəliblər.

55 kq çəki dərəcəsində çıxış edən Puya Dadmərz, ilk mərhələdə istirahətdən sonra ikinci mərhələdə və 4\1 final mərhələsində Yaponiya idmançısı Taiga Onishini 8-0 hesabıyla məğlub edərək yarım-finala yollanıb.

O, bu mərhələdə Özbəkistandan olan İxtiyar Butirovla qarşılaşıb və tam qətiyyətlə 8-1 hesablı qələbə əldə edərək finala vəsiqə qazanıb. Dadmərz bu güləşçini Xorvatiyada keçirilən rentinq turnirində də məğlub etmişdi.

Dadmərz qızıl medal əldə etmək üçün hindistanlı Rupinlə qarşılaşıb və 3-1 hesabı ilə bu idmançı üzərində qələbə qazanmağa müvəffəq olaraq qızıl medal əldə edib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir