Gözlənilməz hadisələr zamanı xilas etmə qruplarına xəbər vermə vaxtı çox əhəmiyyətlidir. İran texnologiyası bildiriş sistemini mexanikləşdirməklə bu vaxtın aşağı düşməsinə kömək edib.
Xarici KİV, Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən bildirib ki, hadisələrin və zəruri mövqelərin səlaiyyətli orqanlara, xilas etmə qruplarına bildirmə prosesinin mexanikləşdirmə sistemi hazırlanıb.
Bu sistemdə cəmiyyətin bütün fərdləri lazım olan məlumatları xilas etmə qruplarına göndərə bilərlər. Bu iş, hadisənin növünü və tələb olunan ekspertizanı nəzərə almaqla ən tez bir zamanda mümkündür. “Ağıllı yardım köməkçi sistemi” (Sehdad), Mütəfəkkir Dalğa Yaradanlar Şirkətinin elm təməlli məhsuludur. Bu sistem, Geomatik texnologiyanın köməyi və Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Qabaqcıl Kosmik və Nəqliyyat Texnologiyalarının İnkişafı Mərkəzinin dəstəyi ilə istehsal olunub.
Bu sistem, CIS xəritəsi üzərində hadisənin dəqiq yerinin müəyyən edilməsi imkanını yaradır və bu iş, hadisə yerinə yaxın olan xilas etmə qruplarına məlumatın daha tez çatdırılmasına səbəb olur. Həmçinin, hadisəyə yetişmək və onu aradan qaldırmaq üçün lazım olan zamanı minimuma endirir.
Sistemli şəkildə hesabatın və qiymətləndirmənin hazırlanmasıyla, qəzaya meyilli və daha çox hadisə baş verən yerlər müəyyən edilir ki, bu da idarə etmə qərarlarını daha real və daha təsirli edir.
Yerli istehsal olan bu sistem, müxtəlif səviyyələrdə, özəl şirkətlər və təşkilatlar, həmçinin, adi camaat tərəfindən istifadə oluna bilər.