Elm təməlli şirkətlərdən biri yerli mütəxəssislərin gücünə söykənməklə xarici nümunəsinin qiymətinin yalnız 3\1-nə bərabər olan istixrac zamanı su ilə neftin qarışmasının qarşısını alan ağıllı polimer gel növü hazırlamağa müvəffəq olub.
Neftin yer altı mənbələrdən istixracı zamanı neftlə qarışmamalı olan nisbətən çox miqdarda duzlu su var. Buna görə də neftin bu kimi şeylərdən ayrılması, neft mədənçilərinin əsas problemlər və narahatlıqlarından biridir.
Bununla əlaqədar Petrovision Pasargad neft və qaz layihələrinin idarəçiliyi şirkəti, yerli mütəxəssislərin gücünə söykənməklə xarici nümunəsinin qiymətinin yalnız 3\1-nə bərabər olan istixrac zamanı su ilə neftin qarışmasının qarşısını alan ağıllı polimer gel növü hazırlamağa müvəffəq olub.
Bu yerli şirkətin istehsal etdiyi polimer gellər yer altı neft quyularının daxilinə vurulduqdan sonra neft ondan keçir, amma o, suyun keçməsinin qarşısını alır və su yerin altında qalır. Polimer gel vurulması texnologiyasından yüksək hasilat suyunun kəsildiyi quyunun seçilmiş sahələrində istifadə etmək, su fazasının nisbi keçiriciliyinin azalmasına səbəb olur və suyun cərəyanı önündə məhdudiyyət yaratmaqla onun quyuda əmələ gəlməsini azaldır.
Bu texnoloji məhsul, neft, qaz və neft-kimya sənayelərinin ehtiyacını təmin etməkdən əlavə, ölkəni buna oxşar nümunələrin idxalından ehtiyacsız edib. Həmçinin, ağıllı polimer gellərin qonşu ölkələrə ixrac edilməsi ölkəyə əhəmiyyətli dərəcədə valyuta gətirə bilər.