Reaktiv printer, qablaşdırılmış məhsulların üzərində müxtəlif məlumatların çap olunmasına kömək edən bir cihazdır.
“Arin Behrəng Siyah Qələm” şirkətinin idarə heyətinin üzvü Mir Əsədullah Gülüstani, reaktiv printerlərin adətən mürəkkəbdən istifadə edərək çap əməliyyatını yerinə yetirməsinə işarə edərək deyib: Elmin inkişaf etməsi nəticəsində reaktiv printer cihazlarının elə bir modeli bazara daxil olub ki, çap əməliyyatını işıq şüalarının köməyi ilə yerinə yetirir. İşığı bir nöqtədə mərkəzləşdirməklə şüanın gücü artır və bu cəmlənmiş şüa vasitəsi ilə istifadəçi tərəfindən verilən məlumatlar məhsulun üzərinə həkk olunur.
Gülüstani, əlavə olaraq deyib: Reaktiv lazer printerlərin adətən, kartric kimi istehlak materialları olmur və işıq şüalarının köməyi ilə məhsulun üzərində nazik bir lay yandırmaqla çap əməliyyatını yerinə yetirirlər. Bu da həm istehlakçının xərclərinin azalmasına və həm də heç bir qüsur olmadan keyfiyyətli, güclü çapın həkk olunmasına səbəb olur. Mürəkkəb, bəzi vaxtlar məhsulun ətrafının çirkli olmasına səbəb olur, amma bu model cihazda belə bir problem yoxdur.
O, sözlərinin davamında deyib: Məlumatların çap olunma prosesinin yüksək dəqiqliyə ehtiyacı var. Lazerli tarix çap ediciləri yüksək dəqiqliyə malik olduqlarından bu işi son dərəcə az xəta və səhvlə yerinə yetirilər. Cihaz yüksək dəqiqliyə malikdir. Məhsulun üzərində böyük ölçülü yaxud çox kiçik ölçülü məlumatlar çap olunmalıdırsa, bu cihaz, bu işi yüksək keyfiyyətlə yerinə yetirə bilər.
Çox istifadə olunan formaların və loqoların müxtəlif hərflərlə birgə çap olunma bacarığı, cihaz vasitəsilə yerinə yetirilir. Lazerli cihazlar mürəkkəb istifadə etmədiklərinə görə, xərclərin azalmasına səbəb olur. Bir tərəfdən də aparatın az xarab olması səbəbiylə, istehlakçının kənar xərcləri çox aşağı düşür.
Region ölkələrinə ixracat
Gülüstani deyib: Reaktiv lazer printerinin müxtəlif plastiklər, şüşə növləri, müxtəlif növ keramika və piltələr, hər növ daş məhsullar, təbii və süni dərilər və müxtəlif növ taxtalar üzərində çap etmə bacarığı var.
İran istehsalı olan bu cihaz, xarici nümunəsinin qiymətinin səkkizdə birini təşkil edir. Yaxşı keyfiyyətinə görə İraq, BƏƏ, Türkiyə, Tacikistan və Gürcüstana ixrac olunur. Digər tərəfdən də bu cihazın istehsalı təxminən 60 iş fürsəti yaradıb.