Yerli biliyin gücü ilə heyvandarlığa aid bioloji məhsulların istehsalı

İranın elm təməlli şirkətlərindən biri, heyvandarlıq və quşçuluqdakı bəzi təhlükəli və epidemik xəstəlikərin qarşısının alınması, müalicəsi sahəsində ölkədə ehtiyac duyulan bioloji məhsullar istehsal etməyi və keyfiyyətlərini yüksəltməyi bacarıb.

Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata əsasən, elm təməlli şirkətlərdən biri, heyvandarlığa aid bioloji dərmanlar hazırlamaqla, özünün təmin etmə və ölkənin bu strateji məhsullarına olan ehtiyacını təmin etmək istiqamətində addım atıb.

Elm Təməlli İrfan Daru Şirkətinin baş direktoru Zəkəriyya Zeynalı bu şirkətin heyvandarlığa aid dərman və bioloji məhsulların istehsalındakı fəaliyyətinə işarə edərək deyib: Qabaqcıl dərmanların yüksək texnologiyayla istehsalındakı innovasiyanı və stratejik əhəmiyyətli sahələrdə, o cümlədən dərman və bioloji maddələr sahəsində xarici texnologiyalardan asılı olmamağın vacibliyini nəzərə alaraq, valyutanın ölkədən çıxarılmasının azaldılması və ölkənin özünü təmin etmə şüarının həyata keçməsi istiqamətində, biliyə əsaslanan dərman vasitələrinin istehsalı, kommersiyalaşması yolunda addım atmağa qərara aldıq.

Bilik sahəsinin bu aktiv üzvü ölkənin heyvandarlıq və quşçuluq sahələrindəki bəzi təhlükəli və epidemik xəstəlikərin qarşısının alınması, onların daha sürətli, daha məqsədyönlü, daha təhlükəsiz müalicəsi sahəsində istehsal olunmuş məhsulların əhəmiyyəti və tətbiqinə işarə edərək deyib: Bu biliyə əsaslanan məhsulların auditoriyası ölkənin heyvandarlıq və quşçuluq fermerləri, klinisyenlər və baytarlar, heyvan-quş xəstənaları və klinikaları, baytarlıq aptekləri, ev heyvanlarının sağlamlığı və müalicəsi sahələridir.

O, texnologiya, keyfiyyət, daha tez təsir etmə və uzun müddət qalıcılıq xüsusiyyətlərinə görə, bu şirkətin qeydə alınmış elm əsaslı dərman məhsullarının heç birinin yerli, hətta xarici nümunəsinin olmamasını bildirərək, əlavə edib: Uğurlu sınaqların və dəqiq testlərin nəticələri bu məhsulların uzunmüddətli davamlılığının göstəricisidir.

Zeynalı, oxşar nümunələrin idxalının qeyri-rəsmi yolla baş tutduğunu və bəzən aşağı keyfiyyətdə olduqlarını bildirərək, sözlərinin davamında deyib: Bu məhsulların nəzarətsiz idxalı o həddədir ki, təkcə bir halda onun dəyəri ildə 6 milyon dollara çatıb. Bu elm təməlli şirkətin istehsalatları yerli biliyə əsaslanaraq, daxili istehsal və mövcud qabiliyyətə arxalanaraq, bu məhsulların valyuta ixracını minimuna endirə bilər.

İrfan Daru Şirkətinin baş direktoru xarici nümunələrinə nisbətən məhsulların daha aşağı sabit qiymətinə işarə edərək deyib: Yerli məhsulların sabit qiyməti bəzən təxminən onların qiymətinin 66%-nə çatır. Hər şeydən daha vacibi istehlakçıların razılığıdır.

Zeynalı bu şirkətdə yaradılmış məşğuliyyət barəsində isə deyib: Ümumilikdə bu məhsulların sıx şəkildə istehsalıyla zavodun müxtəlif bölmələrində birbaşa 541 nəfər, dolayı yolla və əlaqəli sənayeləri nəzərə almaqla 660 nəfər işlə təmin olunub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir