Xurma ağacının ənənəvi üsulla tozlandırılmasında, peşəkar insanlar qaldırıcıdan istifadə etməklə ağaca çıxırlar və hər bir xurma ağacının bir dəfə tozlandırılması 20 dəqiqə vaxt aparır. Amma elm təməlli şirkətlərdən birinin istehsal etdiyi cihaz bu işi 1 dəqiqə ərzində yerinə yetirir və düşmə təhlükəsi də yoxdur.
Mahe Səmin Espadana şirkətinin baş direktoru Məcid Foruzənde bu şirkətin məhsulları və onların istifadəsi barəsində deyib: “Patentə sahib olan bizim istehsal etdiyimiz məhsullar əsasən bağ və xurmalıqların mexanikləşdirilməsi sahəsində istifadə olunurlar. Bizim məhsullardan biri xurma ağacını tozlandırma cihazıdır. Bu cihaz ənənəvi tozlandırma üsulunu kənara qoyub və onu yeni üsulla həyata keçirir.”
O, tozlandırmanın bahalı və çox stresli bir proses olduğunu bildirərək deyib: “Tozlandırma fəslində peşəkar işçilərin sayı azalır və bağbanlar çətinliyinə düşürlər. Amma bu cihaz işçi tapmaq problemini də həll edib, ənənəvi üsulda hər bir ağac müqabilində 100 min tümən olan tozlandırma xərclərini azaldır. Bu cihaz, həmçinin işin səmərəliliyini artırır. Çünki, ənənəvi üsulda hər bir xurma ağacını tozlandırmaq üçün azı 4 ya 5 dəfə ağaca çıxmaq lazımdır. Amma bahalı olduğundan bu işi yalnız bir dəfə yerinə yetirirlər. Bizim istehsal etdiyimiz məhsulun köməyi ilə 5 ya 6 dəfə və heç bir zəhmət olmadan tozlandırmaq olar. Bu cihaz, həmçinin 12-14 metrlik ağacları da tozlandırmaqdan ötrü uzun karbon borulara sahibdir.”
Foruzənde tozlandırmanı və xurma ağacı üçün qadırıcı cihazı bu şirkətin ən böyük nailiyyətlərindən biri olduğunu bildirərək, bu şirkətin birbaşa və dolayı yolla məşğulluq yaratma miqdarı barəsində deyib: “Birbaşa olaraq 5 nəfəri işlə təmin etmişik. Dolayı yolla da 15 nəfər üçün məşğulluq yaratmışıq.”
O, bu şirkətin abadlıq və inkişaf sahəsindəki xidmətləri yaxud istehsal etdiyi məhsullar barəsində deyib: “Az imtiyazlı ərazilərdə bizim cihazlar xüsusi qarşılanıb. Çünki, onun köməyi ilə kənd təsərrüfatının çətin fəaliyyətlərini çox rahat yerinə yetirmək olar. Biz, həmçinin ölkə daxilindəki bağbanların, əsasən maliklərin xərclərini çox azaltmışıq.”