Xorvatiyada keçirilən sərbəst güləş yarışlarında İmami, gümüş medal əldə edib

İranın 74 kq-da sərbəst güləşçisi, son görüşdə qələbəni əldən verərək ikinci olub.

Xarici KİV-in verdiyi məlumata görə, 74 kq çəkidə Yunis İmami, birinci turda Yaponiyadan olan Quciro Şiqanı 10-1 hesabı ilə məğlub edib.

O, növbəti turda dünya gümüş medalına sahib olan slavakiyalı Teymuraz Salkazanovu 5-0 hesabı ilə məğlub edərək 4/1 finala çıxıb.

İmami, bu mərhələdə amerikalı rəqibi Cozef Lavali üzərində 7-3 hesablı qələbə əldə edərək yarım finala yollanıb. O, bu mərhələdə Türkiyədən olan rəqibi, Fəzli Erilmaz ilə mübarizədə 3-2 hesab ilə qələbə qazanıb və final görüşünə vəsiqə əldə edib.

İmami, final görüşündə amerikalı Ceyson Nulef ilə qarşılaşıb. Bu görüş, 3-3 hesabı ilə başa çatıb. Beləliklə, amerikalı güləşçi, böyük xal əldə etdiyinə görə, qalib elan edilib və İmami, gümüş medala sahib olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir