Xəstəliklərin erkən diaqnostikası üçün termosikl cihazının istehsalı

Elm təməlli İran şirkətlərindən biri yerli termosikl cihazını istehsal etməklə, ölkədə genetik texnologiyaların liderlərindən birinə çevrilib. Rəqabətli qiymət və qabaqcıl texnologiya ilə hazırlanmış bu cihaz xəstəliklərin erkən diaqnostikası və xarici avadanlıqdan asılılığın azaldılmasında mühüm rol oynayır.

18 ildir ki fəaliyyət göstərən şirkətin baş direktoru bildirib: Şirkətin fəaliyyətinin ilk günlərindən indiyə qədər 50-yə yaxın müxtəlif məhsul istehsal etməyə, laboratoriya və genetika texnologiyaları sahəsində irəliləməyə müvəffəq olmuşuq.

Maidə Əşcəi bu elm təməlli şirkətdə istehsal olunmuş termosikl cihazının xüsusiyyətləri barəsində deyib: Bu cihaz İranda ilk dəfə olaraq bizim şirkət tərəfindən istehsal edilib. Bu cihaz genetik və klinik laboratoriyalarda xəstəliklərin erkən diaqnostikası üçün DNT-nin replikasiyasında istifadə olunur. Cihaz hətta doğuşdan öncə müxtəlif xəstəlikləri müəyyən edə bilir və xərçəng kimi xəstəliklərin erkən diaqnostikasında mühüm rola malikdir.

O, əlavə olaraq bildirib: Bu cihaz qabaqcıl texnologiya ilə hazırlanıb və patent sertifikatına malikdir. Bu cihaz İran istehsalı olan məhsulların son sərgisində 115 milyon tümənə (təxminən 1740 dollar) təqdim olunub ki, xərcin 25%-i Prezident yanında Elm və Texnologiya Müavinliyinin himayəsi altındadır. Halbuki, bu cihazın xarici oxşar nümunələri 300 milyon tüməndən (təxminən 4540 dollar) yuxarı qiymətə bazara çıxarılır.

Əşcəi 10 il müddətində satış sonrası xidmətlərin göstərilməsini bu məhsulun güclü tərəflərindən biri sayaraq deyib: Xarici cihazlardan istifadə edən şirkətlərin və laboratoriya mərkəzlərinin çoxu ehtiyat hissələrin və lazımı xidmətlərin təmin olunmasında problemlə üzləşir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir