Xəstəliklərə əsaslanan sağlamlıq məhsullarının fərdiləşdirilməsi

Elm təməlli şirkətlərin birində hər bir kəs üçün genetika, xəstəliklər, həssaslıqlar, dəri və saç analizləri əsasında fərdi kosmetik məhsullar təqdim olunmağa başlayıb.

Hər bir şəxs genetikaya yaxud xüsusi xəstəliyə görə, bəzi sağlamlıq  məhsullarından istifadə etməklə problemlə üzləşə bilər. Bu əsasla da, elm təməlli bir şirkət bu səbəblə kosmetik məhsulları fərdiləşdirməyi bacarıb.

Elm təməlli şirkətlərdən birinin baş direktorunun sözlərinə görə, süni intellektin köməyi ilə şəxsin istifadə etdiyi məhsulların hansı maddələrdən və neçə faizlə hazırlanması və ya insana ətirdə, efir yağı yandırılmasında yaxud masaj zamanı hansı efir yağlarının uyğun olmasını ən yüksək dəqiqliklə müəyyən etmək olar.

2023-cü ildə Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyindən elm təməlli adını almağa nail olan bu şirkətin baş direktoru Bita Mehrəvi deyib: 2024-cü ildə 3 illik səylərdən sonra İran Tibb Universitetinin İnkişaf Mərkəzində sağlamlıq məhsullarının istehsal xətti işə salınıb. Biz bu günə qədər 23 məhsul üçün sağlamlıq və istismar, qida və dərman lisenziyaları almağa müvəffəq olmuşuq.

O, əlavə edib: Məhsul istehsalından əlavə, ilk dəfə olaraq hər kəs üçün genetika, xəstəliklər, həssaslıqlar, dəri və saç analizləri əsasında dər, saç, ətir və s. ilə bağlı sağlamlıq məhsullarının fərdiləşdirilməsinə başlanılaraq istifadəyə verilib.

Mehrəvi bu qayğının iş üsulu barəsində deyib: Bu üsulda dəri skan edildikdən sonra yağlılıq miqdarı, qırışıqlıq, rütubət miqdarı və dəri ləkələri serverə göndərilir və bu məlumatların təhlili süni intellekt əsasında yazılmış proqramın köməyi ilə həyata keçirilir.

O, müraciət edənlərin doldurduqları formalardan əldə edilən məlumatların da süni intellektin köməyi ilə təhlil olunduğunu bildirərək deyib: Yekun analiz kəmiyyət və keyfiyyətcə mütəxəssis həkimə verilir və bu iki təhlilin nəticələri əsasında fərd üçün tam qayğı paketi təyin edilir. Bu qayğı paketinə dəri, saç, dırnaq, əllər, ayaqlar, üzdən əlavə, fərdiləşmə ətri və “aromaterapiya” da daxildir.

Akademik biliyə əsaslanan bu şirkətin baş direktoru sözlərinin davamında deyib: Əslində, süni intellektin köməyi ilə şəxsin istifadə etdiyi məhsulların hansı maddələrdən və neçə faizlə hazırlanması və ya insana ətirdə, efir yağı yandırılmasında yaxud masaj zamanı hansı efir yağlarının uyğun olmasını ən yüksək dəqiqliklə müəyyən etmək olar.

Onun sözlərinə görə, bu analizlərin qiyməti təxminən 200-250 min tüməndir (təxminən 6-8 manat arası). Fərdi paketlərin qiyməti isə həmin paketə daxil olan kremlərin və ətirlərin sayından asılıdır.

Mehrəvi heç bir məhsulun mütəxəssislərlə məsləhətləşmədən hazırlanmadığını vurğulamaqla yanaşı, bildirib: “Hamilə yaxud süd verən qadınlar”ın qayğı paketi barəsində ginekoloqların və əczaçıların rəyi alınıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir