Xəstəxana tullantılarını məhv etmək üçün əhəmiyyətli plazma avadanlığının yerli istehsalı

Xəstəxana tullantılarını məhv etmək üçün plazma kimi xüsusi avadanlıq və texnologiyalardan istifadə edilməsi lazımdır. Bu texnologiya İrana məxsus texnologiya şirkəti tərəfindən istehsal və digər ölkələr də ixrac edilir.

Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, iranlı bir texnoloq, plazma texnologiyasından istifadə etməklə, tullantıların, xüsusən də xəstəxana tullantılarını aradan aparmaq məqsədi ilə sağlamlığın yüksəldilməsi üçün zəmin yaradıb.

Elm təməlli Raika Gostar Plazma Şirkətinin icraçı direktoru Məryəm Salehi, şirkətin plazma texnologiyası sahəsindəki fəaliyyətlərinə işarə edərək deyib: Plazma çox unikal bir texnologiyadır və bu gün dünyada ona çox diqqət yetirilir. Bu texnologiyadan xüsusi və maraqlı istifadələr olunur. Buna görə də, plazma texnologiyası bizim diqqətimizi cəlb etdi. Onu araşdırdıq və çoxlu tətbiqləri ilə tanış olduq.

Bu tədqiqat sahəsinin fəal üzvü şirkətin ilk məhsulunun plazma məşəlləri olduğunu bildirərək deyib: Fəaliyyətə başladığımız məhsul təhlükəli yaxud xəstəxana tullantılarının məhv edilməsi sahəsində plazmanın qazlaşdırılması idi. Bunun davamında bu texnologiyadan istifadə sahələrini genişləndirdik və digər tətbiqlərdə də ondan istifadə etdik.

O, plazma sahəsinin tətbiq sahələrinin geniş olmasına işarə edərək deyib: Plazma soyuq və isti olmaql iki qrupa ayrılır. Soyuq plazma tibb sahəsində istifadə olunur. Bu elm təməlli şirkət hal-hazırda tibb sahəsində fəaliyyət göstərmir. Əksinə bu şirkətin fəaliyyətləri əsasən sanaye sahəsindədir.

Salehi, təhlükəli tullantılar əmələ gətirən xəstəxana və sənayelərin bu şirkətin müştəriləri və auditoriyası olmalarını bildirərək deyib: Bu məhsulu Hindistan və Filippinə ixrac etmiş, bu sistemin iki nümunəsini bu iki ölkədə işə salmışıq.

Elm təməlli şirkətin icraçı direktoru İranda daha ucuz işçi qüvvəsinə və həmçinin, hissələrin özləri tərəfindən istehsal edilməsinə işarə etməklə, bu məhsulun rəqabət üstünlüyünü eyni keyfiyyətli xarici məhsullara nisbətən onun daha ucuz olması olduğunu bildirərək deyib: Bu texnologiyanı lokallaşdıran Raika Gostar Plazma Şirkəti müştərinin istəyinə bağlı başlanğıcdan istehsala qədər olan mərhələləri dəstəkləyir. Fərdiləşdirmə bu şirkətin digər rəqabət üstünlüyü hesab olunur.

Texnologiya sahəsində aktiv olan bu şəxs şirkət tərəfindən yaradılmış məşğuliyyət barəsində deyib: Şirkətdə çalışan kadrlardan əlavə, biz nəinki təkcə dolayı yolla xüsusən də mədən və mineral məhsulların çıxarılması sahəsində məşğulluq yaratmışıq, həm də xammalın satışının qarşısını almışıq. Bu da mədənlərdən çıxarılan xammalın öz ölkəmizdə emal olunması ilə nəticələnib.

O, Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyində göstərilən dəstəklərə görə öz təşəkkürünü bildirərək deyib: Bu məhsul çoxlu səylərə baxmayaraq, ölkədə birmənalı qarşılanmayıb. İcra hakimiyyəti orqanları, bələdiyyələr, xəstəxanalar və dövlət orqanları gözlənilən həddə onu dəstəkləməyiblər. Amma Prezident yanında Elm və Texnologiya müavinliyinin dəstəkləri ilə onu ölkə xaricinə ixrac etməyə nail olmuşuq.

Texnologiya sahəsində aktiv olan bu şəxs sözlərinin sonunda deyib: Mədənçilik sahəsində xammalı ixrac edən mafiyanın və xəstəxana tullantılarının məhv edilməsi layihəsinin iflasa uğramasına səbəb olan mafiyanın qarşısının alımasına, elm təməlli məhsulların ölkədə xüsusi yerə sahib olması üçün hörmətli müavinliyin qanunlar qəbul etməsinə ümid edir və alqışlayır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir