İran texnologiya şirkətlərindən biri, xərçəngin müalicəsi və xərçəng xəstələrində dərman müqavimətinin erkən diaqnozu məqsədi ilə müxtəlif növ immun və qan hüceyrələri istehsal edir.
Elm təməlli Kiyan Hüceyrə İmmuniteti Şirkətinin baş direktoru Mərziyə İbrahimi deyib: Bu şirkət hüceyrə xidmətləri göstərmək məqsədi ilə immun hüceyrələri, hematopoetik hüceyrələr və genetik cəhətdən dəyişdirilmiş hüceyrələr əsasında qabaqcıl hüceyrə məhsulları istehsalında liderdir.
O, bu şirkətin istehsal etdiyi məhsullar vasitəsi ilə ölkənin ehtiyacının ödənilmə səviyyəsi barədə deyib: Dərman və Qida Təşkilatından lisenziyanın əldə olunacağı surətdə, şirkətin gücü xərçəng xəstələrinin 3-5%-nin təmin olunmasına yetəcək.
O, NK hüceyrə allogenik bankının yaradılmasına işarə edərək bildirib: Bu bankın yaradılması ilə biz beyin şişlərinin hüceyrə müalicəsi istiqamətində addım ata bilərik. Bununla əlaqədar indiyə qədər birinci fazanın iki klinik sınağı həyata keçirilib.
Bu elm təməlli şirkətin baş direktoru sözlərinin davamında deyib: Bu şirkət Qida və Dərman Təşkilatının razılığına sahib olmaqla yanaşı, İranda xərçəngin müalicəsi və xərçəng xəstələrində dərman müqavimətinin erkən diaqnozu məqsədi ilə periferik qandan təbii öldürücü hüceyrələrin ayrılması xidməti sahəsində ISO13485:2016 tibbi avadanlıqların və ISO9001:2015 keyfiyyətli idarəetmə sisteminin beynəlxalq standart sertifkatına sahib olan ilk şirkətdir.
İbrahimi bildirib: Bu şirkət həmçinin, müalicə üçün üçün müxtəlif immun hüceyrələri və qan hüceyrələrinin yaradılmasında, müalicəvi məqsədlərlə qan hüceyrələrində genetik dəyişikliklərin edilməsi və konsaltinq xidmətlərin göstərilməsində lazımı gücə malikdir.
O, Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin şirkətin məhsullarının ixracatı mövzusunda elm təməlli şirkətləri dəstəkləməsinə işarə edərək deyib: Məhsulun hüceyrə məhsulu növündən olmasını nəzərə alaraq, ölkə xaricinə təqdim etmirik, amma əcnəbi xəstələrə xidmət göstərmək tələbi müzakirə edilib.
Bu texnologiya şirkətinin baş direktoru Kiyan Hüceyrə İmmuniteti Şirkətinin məhsulları barəsində deyib: Xərçəngin immunoterapiyası üçün haploidentik NK hüceyrələrinin və off the shelf şəklində hazırlanmış allogenik NK hüceyrəsinin, şəxsi tibb üçün xüsusi şişlə bağlı xərçəng əleyhinə olan dərmanlarına qarşı həssaslıq test dəstinin yaradılması bu şirkətin ən əsas məhsullarındandır.
İbrahimi xatırladıb: 3D ölüm modelləri və hüceyrənin öldürücülük testi bu şirkət tərəfindən təqdim edilən əsas xitmətlərdəndir.