“Vakuumlu qan alma borusu”-nun istehsal xəttinin işə salınması ilə 11 milyon dollara qənaət

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavininin iştirakı ilə ölkə universitetlərinin birində, vakuumlu qan alma borusunun tam avtomatik və tamamilə yerli istehsal xəttinin açılışı olub.

Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Rabitə və İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata əsasən, vakuumlu qan alma boruları maye nümunələri götürmək və qan almaq üçün ən əsas vasitələrdəndir ki, xüsusiyyətlərinə görə, qan alma prosesini asanlaşdıraraq sürətləndirir. Ölkənin sağlamlıq və laboratoriya sahəsinin bu məhsula olan böyük ehtiyacı illik olaraq əhəmiyyətli miqdarda valyuta ehtitatlarının onun idxalına sərf olunmasına səbəb olub. Amma elm təməlli şirkətlərin birindəki fəal akademik ekspertlərdən ibarət qrupun səyi və təcrübəsi nəticəsində vakuumlu qan alma borusunun tam avtomatik və tamamilə yerli istehsal xətti işə salınıb. Bundan sonra ölkənin ehtiyacı daxili məhsullarla təmin olunacaq.

Texnoloji bir şirkətin mütəxəssisləri yerli bilik və texnologiyadan istifadə edərək, ildə 60 milyon ədəd istehsal qabiliyyətli vakuumlu qan alma borusunun tamamilə avtomatik istehsal xəttini ölkədə və regionda ilk dəfə olaraq işə salıblar. Bu istehsal xətti Oktyabrın 1-i Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavini Ruhullah Dehqani, Elm və Sənaye Universitetinin rəhbəri Mənsur Ənbiya, Elm Təməlli İqtisadi İnkişaf müavini Cavad Məşayex və Elmi müavinliyin İri Layihələrin İdarə edilməsi və İnkişafı Mərkəzinin rəhbəri Meysəm Fərəcullahinin iştirakı ilə açılaraq istifadəyə verilib.

Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin dəstəyi ilə son mərhələyə çatan bu nailiyyət ən qabaqcıl müasir texnologiyalardan bəhrələndiyinə görə, istehlakçı tibbi avadanlıqlar sənayesi üçün böyül nailiyyət hesab olunur.

Hal-hazırda ölkə bazarında digər üç istehsalçı fəaliyyət göstərir, amma bu məhsulun istehsalı üşün baş tutmuş ağır investisiyalara baxmayaraq, istehsal texnologiyasının lokallaşmaması və istehsal xəttinin idxal olunması səbəbilə ölkənin təxminən 90% ehtiyacı idxalla təmin edilir. Amma bu elm təməlli şirkətin istehsal xəttinin işə salınması və inkişafıyla laboratoriya və sağlamlıq sahəsinin ehtiyacının daxili istehsal yolu ilə təmin olunması üçün lazımi zəmin və imkanlar yaranıb.

Ölkənin vakuumlu qan alma borusuna olan ehtiyacı orta hesabla il ərzində 380 mliyon ədəddir. Bunun təxminən 40 milyonu daxili və qalan hissəsi idxalla təmin olunur. Elm təməlli Tibbi Həyyan Texnoloqları Şirkətinin tamamilə avtomatik və yerli istehsal xəttinin birinci mərhələsinin işə salınması ilə tamamilə yerli olan 60 milyon vakuumlu qan alma borusunun təmin olunması imkanı yaranıb.

Qeyd etmək lazımdır ki, vakuumlu qan alma borusunun idxalı 11 milyon dollardan çox valyuta itkisi deməkdir. Bu elm təməlli şirkətin məhsulları ilə idxal həcmi 30% azalacaq.

Bu istehsal xəttində Yaxın Şərqdə ilk dəfə olaraq ulturasəs dalğalarına əsaslanan nozzilərdən borularda kimyəvi maddələrin örtülmasi texnologiyasından istifadə olunub. Bu da unikal bir texnika, tamamilə yerli və müasir texnologiyalarla uyğun hesab olunur. Ulturasəs nozzilər məhlulları atomize etmək və püskürtmək üçün insanın eşitmə hüdudlarından kənarda yüksək tezlikli səs dalğalarından istifadə edən bir növ sprey nozzilərdir.

Bu nozzilər adi nozzilər üçün çox münasib alternativdir. Çünki, sıxılmış qazdan istifadə əvəzinə maye zərrəciklərini atomize etmək üçün ulturasəs dalğalardan istifadə edirlər. Nəticədə, ulturasəs nozzilərdən istifadə edərək əldə olunan zərrəciklərin ölçüsü çox kiçikdir və onların paylanması adi nozzilərdən daha vahiddir.

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavini Elm və Sənaye Universitetinə səfəri zamanı universitetin innovasiya mərkəzində yerləşən texnologiya şirkətlərinin və bölmələrinin innovativ nailiyyətləri ilə tanış olub, bu şirkətlərin texnoloq və mütəxəssis fəalları ilə danışıqlar aparıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir