ÜST İranda qızılca və məxmərək xəstəliklərinin məhv edildiyini təsdiqləyib

Səhiyyə, Müalicə vəTibb Təhsili naziri Bəhram Eynullahi, İranın bir çox xəstəliklərin nəzarəti və məhv edilməsindəki uğuruna işarə edərək, İranda qızılca və məxmərək xəstəliklərinin məhv edilməsi münasibəti ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiq və təşəkkür məktubu barədə xəbər verib.

O, deyib: İranda qızılca və məxmərək xəstəliklərinin məhv edilməsi ilə bağlı xoş xəbəri İran xalqına, alimlərə və bütün səhiyyə işçilərinə təbrik deyirik.

Eynullahi əlavə olarq deyib: Bu uğur, ölkə üçün elə bir şəraitdə hasil olub ki, hələ Avropa ölkələrindən bir çoxu qızılca və məxmərək xəstəliklərinin məhv edilməsinə dair Ümumdünya Səhiyyə Təşkilatının təsdiqini əldə etməyiblər. Amma İran bu iki xəstəliyin məhvinə müvəffəq olub.

Səhiyyə naziri ümidvarlığını bildirərək deyib: Xalqın və səhiyyə sisteminin iştirakı ilə digər yoluxucu xəstəliklərdən bir çoxunun qarşısını almaq olar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir