Ultrasonik nebulizer cihazı, tibbi və tənəffüz avadanlıqları zəmnində mühüm texnologiyadır ki, onun köməyi ilə maye halındakı dərmanları toz halın salmaq və xəstələr üçün burun vasitəsilə qəbul olunma imkanını yaratmaq olar.
Verilən məlumata əsasən, elm təməlli bir şirkət bir xəstəxana avadanlığı istehsal etmək və kommersiyalaşdırmaqla, xüsusi şəraitli xəstələr tərəfindən dərman qəbulunu asanlaşdırmaq üçün zəmin yaradıb.
Damon Elektrosazeh Şirkətinin baş direktoru Maziyar Səccadi, müstəqil şəkildə istehsal olunaraq şatışa çıxarılan tibbi və tənəffüs avadanlıqları zəmnində şirkətin fəaliyyətinə işarə etməklə, Ultrasonik nebulizer cihazı adı altında istehsal olunmuş elm təməlli məhsulu təqdim edərək deyib: Bu cihaz xəstəxanalarda sağlamlıq sahəsində geniş tətbiqə malikdir.
O, cihazın işləmə mexanizminə işarə edərək deyib: Bu cihaz maye halındakı dərmanı toz edir və uşaqlar kimi maye halındakı dərmanı istifadə edə bilməyən xəstələr üçün dərmanı burundan qəbul etmə imkanı yaradır.
Səccadi bu şirkətin elm təməlli məhsulunun daxili rəqiblərindən daha ucuz olduğunu bildirərək, çıxış fumiqasiya termpraturunun tənzimlənmə qabiliyyətini, xarici nümunələrə nisbətdə onun rəqabət üstünlüyü adlandırıb.
O, elm təməlli şirkət tərəfindən yaradılan məşğulluqla bağlı deyib: Bu şikətdə birbaşa olaraq 10 nəfər çalışır, halbuki bu rəqəm dolası yolla məşğulluq üçün daha yuxarıdır.
Damon Elektrosazeh Şirkətinin baş direktoru Prezident yanında Elm və Texnologiya müavinliyinin, yaradıcı və elm təməlli şirkətlərin inkişafında, rövnəqlənməsində təsir və əhəmiyyətini vurğulayaraq deyib: Bu qrumun elm təməlli şirkətlərin inkişafı üçün xarici standartların əldə edilməsindəki dəstəyi çox zəruri və faydalı olacaq.
