Xarici KİV-in verdiyi məlumata görə, Məpna (Toga) Turbin ( içərisində buxar, qaz və ya axar suyun enerjisi mexaniki qüvvəyə çevrilən mühərrik) Mühəndisliyi və İstehsalı Şirkəti, qaz, buxar turbinlərinin, mərkəzdənqaçma kompressorlarının, sənaye sürət qutularının əsas layihə və istehsalçısıdır. Bu şirkət, turbin, kompressor istehsalı sahəsindəki biliklərdən, yerli istehsal və ixtisas qüdrətindən bəhrələnməklə fəaliyyətləri müddətində 320-dən çox turbin və kompressor növlərini ölkə daxili və ölkə xaricindəki layihələrə təqdim edib.
İran Patent Mərkəzi texnoloqların və elm təməlli şirkətlərin himayəçisi olaraq indiyə kimi Toga şirkəti üçün “oxlu turbinlərin qanadlarının strukturlarının aerodinamik reaksiyasını dəyişdirmək üçün bir üsul”, “qaz turbinlərinin yanma kamerasının layneri”, “yanma kamerasının təzyiqinin dəyişməsini tənzimləmək üçün bir üsul” mövzularında 3 patentin xarici patent idarələrində qeydə alınması prosesini başladıb.
Qaz turbinlərinin lokallaşması yolunda hərəkət
Elm təməlli Məpna şirkəti fəaliyyətlərinin davamında turbin növlərinin istehsalı və inkişafı yolunda Məpna (Toga) Turbin Mühəndisliyi və İstehsalı Şirkəti yaratmaqla qaz turbinləri texnologiyasının inkişafı üçün zəmin yaradıb.
Bu məhsullara artan daxili tələbatı ödəmək üçün zavodun həcmi və müəssisələr davamlı olaraq artaraq ildə təxminən 40 bölməyə çatıb, 1750 nəfər işçi adı çəkilən bölmələrdə fəaliyyətlə məşğuldur.
Toga şirkətinə məxsus yerli və elm əsaslı məhsullardan “turbinlərin qanadlarının aerodinamikasının tam və sürətli şəkildə yaxşılaşdırılması texnologiyası”, “möhkəmliyini qoruyub saxlamaqla yanma sisteminin soyuducu havasının hədərə getməsinin qarşısının alınması” və “turbinlərin faəliyyətinin davamlılığı üçün qanadların həndəsi vəziyyətinin dəyişdirilməsi”-nə işarə etmək olar.
Elektrik və qeyri-elektrik stansiyalarının qaz və buxar turbinləri növləri, proses kompressorları, dizel motorları, sürət qutuları və digər xidmət növləri bu şirkətin istehsal məhsullarındandır.
Toga şirkəti, beynəlxalq səviyyədə tanınmış mövqe tutmaq üçün indiyədək ərəb ölkələrinin elektrik şirkətləri, region ölkələrində, Rusiyada, İndoneziyada aktiv sərmayədarlar kimi müştəriləri olub. Bu zəmində indiyədək, məhsulların istehsalı və inkişafı yönündə bir çox yerli və beynəlxalq sertifkatlar əldə etməyə nail olub.