Tibbi avadanlıqlar sahəsində elmə əsaslanan nailiyyətlərin Braziliya sərgisində təqdim olunması

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verilən məlumata əsasən, İran Braziliyanın tibbi avadanlıqlar sərgisində elm təməlli şirkətlərdən ibarət sərgi stendi quraraq, tibbi və xəstəxana avadanlıqları sahəsində elm təməlli şirkətlərin əldə etdiyi nailiyyətləri nümayiş etdirib.

Braziliyanın Hospitalar adlı 28-ci tibbi və laboratariya avadanlıqları sərgisi, tibbi və laboratoriya avadanlıqlarının istehsalı sahəsində ixracat baxımından ən üstün 18 ölkənin iştirakı ilə 23 May 2023-cü ildə keçirilib. Bu sərgidə elm təməlli şirkətlərin iştirakı ilə İranın milli pavilyonu yaradaılıb. 

Bu pavilyon Beynəlxalq Elm və Texnologiya Əlaqələri Mərkəzinin, Prezident yanında Elm, Texnologiya və İqtisadiyyat müavinliyinin və Braziliya Tibbi və Xəstəxana Avadanlıqları Sərgisindəki İnnovasiya və Rifah Fondunun dəstəyi ilə ərsəyə gəlib.

2023 Braziliya Tibbi Avadanlıqlar Sərgisi dünyadakı ən böyük ticarət və peşəkar sərgilərdən biridir. Bu sərgi 5 sahədə “tibbi texnologiya”, “xəstəxana idarəçiliyi”, “reabilitasiya və evdə qulluq” və “səhiyyə xidmətlərindəki xəstəxana avadanlıqları” sahələrində hər il Braziliyanın Sao Paulo şəhərində və Latın Amerikasının ən müasir sərgi mərkəzlərindən birində keçirilir.

Sərginin məsafəsi 100 000 kv. metrdən daha çoxdur və dünyanın 36 ölkəsindən 1200-dən çox sərgi iştirakçısı son nailiyyətlərini burada nümayiş etdirir. Həkimlərdən, tibb bacılarından, klinika müdirlərindən və səhiyyə ekspertlərindən ibarət xüsusi ziyarətçilər bu sərginin izləyiciləridirlər. Hospitalar təkcə tibbi və laboratoriya avadanlıqları məhsullarından ibarət sərgi deyil, əksinə sağlamlıq sahəsində elm və təcrübə mübadiləsi üçün mühüm mərkəz hesab olunur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir