Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verilən məlumata əsasən, 17-19 May 2023 tarixlərində 5 əsas mövzuda “Tibb elimlərində süni intellekt üzrə ilk konqres” keçiriləcək.
Bu konqres əyani və onlayn şəklində, Smart Tibb Elmləri Universiteti tərəfindən Kiş adasında 5 əsas mövzuda “tibb sahəsində inkişaf etmiş texnologiyalar”, “tibbdə süni intellekt”, “ağıllı sağlamlıq”, “tibb sahəsində ağıllı həll yolları” və “digər əlaqədar mövzular”-da keçiriləcək.
Tibb elmlərində süni intellekt konqresində “tibbin qabaqcıl texnologiyaları”, “qabaqcıl rəqəmsal avadanlıqlar”, “geyilə bilən alətlər”, “tibbi məlumatların qabaqcıl işlənməsi”, “sistemli biotibb”, “tibb elmlərində süni intellekt”, “virtual tibb klinikası”, “dəqiq və sürətli diaqnoz”, “tibbi xətaların azalması”, “virtual biopsiya”, “loMRT”, “ağıllı sağlamlıq”, “səhiyyə xidmətinin yüksəldilməsi” və “mobil sağlamlıq” kimi müxtəlif mövzular ön sıralarda yer alırlar.
“İnkişaf etmiş ağıllı qayğı sistemləri”, “sağlamlıq məlumatların işlənməsi”, “ictimai səhiyyə sisteminə asan və bərabər çıxış”, “ağıllı tibbi həll yolları”, “ağıllı tibbi təhsil”, “uzaqdan müalicə xidmətləri”, “şəxs mərkəzli tibbi xidmətlər”, “virtual və ağıllı iclaslar” və “ağıllı və virtual köməkçi” bu konqresdə bəyan olunan mövzulardır.
Bu tədbir tibbdə süni intellektin tətbiqi ilə bağlı nəzəri, metodoloji və praktiki nəticələri təqdim etmək üçün unikal bir fürsətdir. Süni intellektdə əsaslanan tibbi avadanlıqları sürətlə klinik üsul üçün mümkün həll yollarına çevrilməkdə olduğundan, qarşıdan gələn tədbirin diqqət mərkəzi həkimlərin, universitet müəllimlərinin, fond və sənaye tədqiqatçılarının, epidemioloqların, kompüter və məlumat alimlərinin və icraçıların yeni ideya və kəşflərinin mübadiləsinədir.
Maraqlanan şəxslər daha ətraflı məlumat əldə edib bu tədbirdə iştirak etmək üçün tədbirin internet saytına müraciət edə bilərlər.
www.event.smums.ac.ir aims@smums.ac.ir
www.smums.ac.ir (+98) 21 86047807