Tel-Əvivdən İsrailə; sadəcə bir göz qırpımı

Geniş çeşidli raketlərə sahib olan İran İslam Respublikası sionist rejimi tərəfindən hər hansı mümkün xəta baş verərsə, onların həssas və strateji obyektlərini hədəfə almaq qabiliyyətinə malikdir.

Sionistlərin İsmail Həniyəyə qarşı terror hərəkətindən sonra İslam İnqilabının Rəhbəri vurğulayıb: “Cinayətkar və terrorçu sionist rejimi bu hərəkətlə özü üçün ağır cəzaya zəmin yaratdı. Biz İran İslam Respublikası ərazisində şəhid olanın intiqamını almağı özümüzə borc bilirik.”

Sionist qırıcılarının İranın Dəməşqdəki konsulluğuna hücumu və bir neçə iranlı hərbi müşavirin şəhadətindən sonra inqilab rəhbəri intiqam hökmü verdi. Bu hökmün ardınca, “Doğru vədə” əməliyyatında işğalı olunmuş ərazilərdəki müəyyən edilən hədəflər İran İslam Respublikasının Silahlı Qüvvələrinin balestik, qanadlı raketlərindən və kamikadze dronlarından ibarət hücum dalğasına məruz qaldılar.

Bu əməliyyatda “Şahid 131” və “Şahid 136” dronları, “Xeybər Şəkən” və “İmad” balestik raketləri və qanadlı “Pave” raketləri istifadə olunub. Təbii ki, İran Silahlı Qüvvələrinin silah gücü bundan çoxdur və Doğru vədə əməliyyatında bu avadanlıqların bir hissəsi istifadə olunub.

İslam Respublikası tərəfindən İsmail Həniyənin intiqamının alınması və cavabın qəti olması elan edildikdən sonra, bu yazıda İranın raket sahəsindəki silah gücünün bir hissəsinə işarə edəcəyik. Bu raketlərin uçuş məsafəsi o qədərdir ki, sionist rejiminin hədəflərini yerlə yeksan edə bilərlər.

“Xurrəmşəhr – 4” raketi

“Xurrəmşəhr – 4” raketi 2000 km uzun uçuş məsafəsinə malik olan balestik raketdir. Bu raketin uzunluğu 13 metr, diametri 1.5 metr və çəkisi 30 tondur. Bu raketin döyüş başlığının çəkisi isə 1500 kq, oun atmosferdəki sürəti isə 8 Mach-dır.

İstənilən hədəfi dəqiqliklə vurma gücü, radardan qaçma qabiliyyəti, kursu düzəltmək və elektron döyüş sistemlərinin raketə təsirsizliyi Xurrəmşəhr – 4 raketinin xüsusiyyətlərindəndir.

“Şəhid Hacı Qasim” raketi

“Hacı Qasim” raketi 1400 km orta uçuş məsafəsinə malik olan balestik bir raketdir. Bu raket 11 m uzunluğa, 85-95 sm diametrə və 7 ton çəkiyə sahibdir. Həmçinin onun döyüş başlığının çəkisi 500 kq, sürəti isə 5 Mach-dır.

Hacı Qasim raketinin xüsusiyyətlərindən buraxılış üçün bərk yanacağına, yüksək sürətli hazırlıq və yüksək dəqiqliklə hədəfə dəymə gücünə işarə etmək olar.

“Xeybər Şekən” raketi

“Xeybər Şekən” raketi 1450 km orta uçuş məsafəsinə malik olan balestik raketlərdəndir. Bu raket 10.5 metr uzunluğa, 800 mm diametrə və 4500 kq çəkiyə malikdir. Həmçinin bu raketin döyüş başlığının çəkisi 500 kq, sürəti isə saatda 5000 km-dən çoxdur.

Mürəkkəb manevr etmə imkanı, atmosfer daxilində raket əleyhinə müdafiə səddindən effektiv keçid, hədəfləri vurmaqda super sürət bu raketin xüsusiyyətlərindəndir.

Xeybər Şekən raketinin qapağı və döyüş başlığı ayrıla bilir və hədəfə dəyənə qədər idarə olunma qabiliyyətinə malikdir. Bundan əlavə, manevr edərək düşmənin havadan müdafiə və raket əleyhinə sistemlərini aldada bilir.

İnqilab rəhbərinin ötən ilin Noyabr ayında SEPAH-ın Aerokosmik Qüvvələrinin nailiyyətləri ilə bağlı keçirilən sərgisini ziyarəti zamanı Xeybər Şekən raketinin digər bir nümunəsi nümayiş olunub. Onun döyüş başlığı birinci versiyadakından fərqli olub və uçuş məsafəsi də 1800 km yüksəldilib.

“Fəttah-1 və Fəttah-2” raketləri

“Fəttah-1” raketi son mərhələdə səs sürətinin təxminən 13-15 misli qədər sürət yığır ki, bu da bir raketin son mərhələsi üçün çox yüksək sürətdir. Beləliklə də, Fəttah raketi hipersonik raketlər sırasında yer alır.

Bu raketlə düşmənin 1400 km uzaqlıqdakı müdafiə sistemlərini məhv etmək olar. Bununla da, düşmənin strateji obyektlərini hədəf almaq üçün digər raketlərin yolu açılır.

“Fəttah-1” hipersonik raketi artan vuruş dəqiqliyi, yüksək sürət, əla manevr qabiliyyəti, həmçinin radar sistemlərindən gizlənmə və keçmə gücünə sahibdir.

“Fəttah-2” raketi 1400 km-dən çox uçuş məsafəsinə malik hipersonik raketlərindən biridir. Bu raketin uzunluğu 12 m, diametri birinci hissədə 80 sm və ikinci hissədə 50 sm, çəkisi isə 4 tona yaxındır. Raketin döyüş başlığının çəkisi 500 kq, sürəti isə 5 Mach-dır.

Fəttah-2 raketinin xüsusiyyətlərindən hipersonik sürətinə, yüksək manevr etmə qabiliyyətinə, qurudan, sudan və havadan buraxılış qabiliyyətinə işarə etmək olar.

Fəttah-2 hipersonik raketi İranın sürüşmə qabiliyyətli və qanadlı döyüş başlığı ilə təchiz olunmuş balestik raketlərindəndir. Bu raket HGV və HCM silahları cərgəsindədir. İran Fəttah-2 hipersonik raketi vasitəsilə bu texnologiyaya sahib olan 5-ci ölkə olub.

Üç nəsilə malik “Qədr” raketləri

“Üçlü Qədr” raketi 1950 km uçuş məsafəsinə malik olan orta mənzilli balestik raketlərdəndir. Bu raket 16.5 m uzunluğa, 1.25 m diametrə, 15-17.5 ton ağırlığa malikdir. Həmçinin bu raketin döyüş başlığının çəkisi 700-1000 kq, sürəti isə təxminən 9 Mach-dır.

Atəş üçün yüksək sürətli hazırlıq, uyğun idarəetmə və döyüş başlığının yüksək dağıdıcı gücü bu raketin xüsusiyyətlərindəndir.

“İmad” raketi

“İmad” İranın maye yanacaqlı və uzaq mənzilli ilk balestik raketidir. O, idarə oluna biləcək döyüş başlığı ilə təchiz olunub və bu iş İmad raketinin döyüş başlığının üzərinə kiçik qanadlar quraşdırılmaqla həyata keçirilib. Döyüş başlığının üzərinə qanad quraşdırmaq raketin hədəfə dəymə anına qədər idarə olunmasına imkan yaradır.

İmad İran İslam Respublikasının 1700 km uçuş məsafəsinə malik olan uzun mənzilli raketlərindəndir və o, 750 kq ağırlıqdakı döyüş başlığını daşıma qabiliyyətinə malikdir. Bu raketin uzunluğu 15.5 m, çəkisi isə 17 tondan yuxarıdır.

İmad, həmçinin “raket barajı” kimi tanınan yeraltı raket şəhərlərindəki raket dayaqlarını buraxan sistem üzərinə qoşulma qabiliyyətinə də sahibdir.

Qanadlı “Pave” raketi   

“Pave” İranın qanadlı raket sahəsində əldə etdiyi ən son nailiyyətlərindəndir. Onun ilk görüntüləri ötən il televiziya proqramlarının birində nümayiş olunub. Qısa bir müddət sonra isə inqilab rəhbərinin iştirakı ilə keçirilən SEPAH-ın Aerokosmik Qüvvələrinin nailiyyətləri ilə bağlı sərgidə rəsmi olaraq təqdim olunub.

Bu raket 1650 km uçuş məsafəsinə sahibdir və yol nöqtəsini təyin etmə bacarığına görə müxtəlif tərəflərdən hədəfinə hücum edə bilir. Bu bacarıqla o, düşmənin hücum gözləntisi olan yerdən deyil, başqa yerdən hədəfinə yaxınlaşır və bununla da, düşmənin havadan müdafiə sistemini aldadır və çaşdırır.

Bu raket turbojet və ya turbofan mühərriklərinə sahib olduğundan onun sürəti saatda 600 km-lə 900-km arasında dəyişir. Onun uçuş hündürlüyü isə 50 metrdən azdır.

Pave qanaqlı raketin xüsusiyyətlərindən daha mürəkkəb yollarla hədəfə dəymə, kiçik ölçülü buraxılış aparatı, yüksək hərəkətlilik, hazırlıq və atəş asanlığına işarə etmək olar.

Qanaqlı “Sumar” raketi

“Sumar” 2000 km-dən çox uçuş məsafəsinə malik olan qanadlı raket növüdür. Bu raketin çəkisi 1200 kq, uzunluğu isə 6 m-dir. Onun döyüş başlığının ağırlığı təxminən 410 kq, sürəti isə saatda təxminən 900 km-dir.

Radardan qaçma qabiliyyəti, aşağı hündürlükdə uçmaq, kiçik buraxılış aparatlarından istifadə, yüksək taktika bu raketin xüsusiyyətlərindəndir.

Qanaqlı “Huveyzə” raketi

Uzaq mənzilli raketlər qrupuna daxil olan “Huveyzə” də İranın qanadlı raketlər sahəsində əldə etdiyi nailiyyətlərdəndir və onun uçuş məsafəsi 1350 km-dir. Onun çəkisi 1500 km-dən çoxdur, uzunluğu isə 600 sm-dir.

Huveyzə raketinin döyüş başlığının çəkisi təxminən 400 kq, sürəti isə saatda 700 km-dir. Sürətli hazırlıq və reaksiya, aşağı hündürlükdə uçuş, yüksək dəqiqlikli naviqasiya, böyük həcmli dağıdıcı güc bu raketin xüsusiyyətlərindəndir.

Qanaqlı “Əbu Mehdi” raketi

“Əbu Mehdi” raketi də yerdən-yerə uzun uçuş məsafəsinə malik və gəmi əleyhinə olan qanaqlı raketlər qrupuna aiddir. Bu raketin uçuş məsafəsi 1000 km-dən çox və çəkisi isə 1650 kq-dır.

Əbu Mehdi raketinin uzunluğu 600 sm, döyüş başlığının çəkisi 410 kq, sürəti isə saatda 700 km-dir.

Əbu Mehdi raketinin xüsusiyyətlərindən dəniz və qurudakı hədəflərə qarşı istifadə, yüksək intensivliyə malik nüfuz edici başlıq və qabaqcıl idarəetmə sistemlərinə malik olmasına işarə etmək olar.

İran İslam Respublikasının intiqam almaq üçün ciddi əzmkarlığını nəzərə alaraq, ekspertlərin bir çoxu İranın sionistlərə bu dəfəki cavabının daha ağır və daha sarsıdıcı olacağına inanır.

Elə bu istiqamətdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri İran İslam Respublikasının İslam ümməti arasında işğalçılara qarşı müqaviməti dirçəltdiyini bildirərək vurğulayıb: İran İslam Respublikası sionist rejiminin cinayətlərinə mütləq hesablanmış cavab verəcək.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir