Tehran Universiteti elmi və beynəlxalq qarşılıqlı əlaqələr sahəsində 1-ci yeri qazanıb

 Təhsil Nazirliyindən verilən məlumata əsasən, Tehran Universiteti elmi və beynəlxalq qarşılıqlı əlaqələr sahəsində ölkədəki universitetlər arasında 1-ci olub.

Xarici tələbələrin cəlb olunması, ölkə xaricindəki tədqiqat mərkəzləri və universitet tədqiqatçıları ilə birgə layihələr, xarici tədqiqatçılarla birgə məqalələr, ölkə xaricində yaşayan iranlılarla təhsil əməkdaşlığı, xaricdə təhsil imkanları, digər ölkələrin professor-müəllim heyətinə və məzunlara təhsil imkanları (Post-Doc) təqdim etmək üçün addım atmaq, beynəlxalq sitat indeksi ilə nəşrlər, dünyanın mötəbər universitetləri ilə birgə kursların keçirilməsi, bir və ya bir neçə beynəlxalq dildə fəal sistemin mövcudluğu və universitetin ölkə xaricində filialının olması universitetlərin elmi və beynəlxalq qarşılıqlı əlaqələrinin ən mühüm göstəriciləri sayılır.

Tehran Universitetindən verilən məlumata görə, Təhsil Nazirliyinin Beynəlxalq Elmi Əməkdaşlıqlar Mərkəzinin rəhbəri dr. Vəhid Həddadi Əsl və Beynəlxalq Elmi Əməkdaşlıqlar Araşdırmalar Mərkəzinin rəhbəri dr. Məsud Sədri Nəsəb elmi və beynəlxalq qarşılıqlı əlaqələr sahəsində ölkə universitetləri arasında Tehran Universitetinin 1-ci yeri əldə etdiyini elan edərək, Tehran Universitetinin rəhbəri dr. Seyid Məhəmməd Muqimiyə ünvanlanan təşəkkürnamədə yazıblar: Elm, texnologiya və innovasiya diplomatiyasının genişləndirilməsi Təhsil, Tədqiqat və Texnologiya Nazirliyinin makro siyasətlərindəndir ki, bu da universitetlərin, tədqiqat institularının, elm və texnologiya parklarının beynəlxalqlaşdırılmasında elmi ictimaiyyətin gücünə arxalanaraq, ölkənin elm, texnologiya və innovasiyaların keyfiyyət sıçrayışında mühüm rol oynayır.

Sizin rəhbərliyiniz altında olan universitetin elmi və beynəlxalq qarşılıqlı əlaqələr sahəsindəki davamlı səylərini nəzərə alaraq və müvafiq nazirliyin göstəricilərinə əsaslanaraq 2022-ci il qiymətləndirmələrində həmin universitetin bu sahədə ölkə üzrə birinci yeri qazanması münasibəti ilə sizi təbrik edir və Allahdan professor-müəllim heyəti və dəyərli əməkdaşlara cansağlığı, xoşbəxtlik və günbəgün artan müvəffəqiyyətlər arzulayırıq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir