Tehran dünyada elm və texnologiya üzrə 34-cü yerdədir

WIPO-nun 2023-cü il hesabatına əsasən, bu təşkilatın ən yeni reytinqində Tehran 100 ən yaxşı elm və texnologiya klasteri arasında 34-cü yeri əldə edib.

Xarici KİV-in verdiyi məlumata əsasən, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) 2017-ci ildən etibarən illik olaraq dünya coğrafiyasındakı şəhər və bölgələrin innovasiya qabiliyyətlərini araşdırır və illik hesabatın bir hissəsi olaraq onların qlobal innovasiya göstəricisinin reytinq cədvəlini tərtib edir.

Elm və texnologiya klasterləri ölkələrin innovasiya performanslarının yüksəldilməsində vacib rol oynayırlar. Elm, biznes və sahibkarlar toplamaqla ekosistem yaradırlar ki, elmi ideaların əməli olaraq tətbiq olunma imkanı olsun.

Elm və texnologiya klasterləri beynəlxalq patent müraciətlərin (PCT müqaviləsinə əsasən) və WOS-da indeksləşdirilmiş elmi məqalələrin sayına əsasən coğrafi bölgələrdə qiymətləndirilirlər.

Tehran 37 patent müraciəti və hər bir milyon insan müqabilində 9320 elmi məqalə ilə dünyada 34-cü yerdə qəralaşıb, Melburn (42), Madrid (48), Sürix (49), Milan (50), Toronto (52) və İstanbul (59) kimi şəhərlərdən daha yüksəkdə dayanıb.

Tehran Universiteti 12% ilə, İslam Azad Universiteti 9% ilə, Əmir Kəbir Universiteti 8% ilə Tehranda məqalələrin dərc olunmasında ən çox paya sahib olublar. ÜƏMT-nin qiymətləndirməsinə əsasən, 2017-2022-ci illər ərzində Tehranda 63 min 113 məqalə dərc olunub ki,  onun 25%-i texniki və mühəndislik sahəsinə aiddir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir