Taremi Portuqaliyanın primyeir liqasının MVP mükafatına namizəd oldu

Portuqaliyanın Portu klubunun iranlı hücumçusu digər doqquz namizədlə birlikdə bu ölkənin premyer liqasının Ən Dəyərli Oyunçu (MVP) mükafatına namizəd olub.

-nin məlumatına əsasən, Portu komandası Portuqaliyanın cari futbol mövsümündə həm premyer liqa, həm də pley-off kubokunu qazanıb. “Portu”nun bu mövsüm uğur qazanmasında iranlı futbolçu Mehdi Tareminin böyük rolu olub.

İran millisinin hücumçusu bu mövsüm “Portu”nun heyətində 26 qol vurub və komanda yoldaşlarına 16 məhsuldar ötürmə edib.

Portuqaliya liqa təşkilatı bu mövsümün sonunda premyer liqanın ən yaxşı oyunçusu mükafatını qazanacaq 10 futbolçunun adını açıqlayıb və onların arasında Tarrminin də adı var.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir