Taremi İranın ən yaxşı oyunçusudur

İranın 4 milli futbolçusunun adı Asiyanın 40 ən yaxşı futbolçusu siyahısına daxil edilib.

İRİB-nin məlumatına əsasən, Asiya Futbol Konfederasiyası 2022-ci ilin ən yaxşı futbolçularının reytinqini açıqlayıb və İranın 4 millisinin adı ilin ən yaxşı 40 futbolçusu sırasında yer alıb.

“Portu”nun hücumçusu Mehdi Taremi Asiyada üçüncü yeri tutduqdan sonra İranın ilin ən yaxşı futbolçusu seçilib.

“Bayer”in hücumçusu Sərdar Azmun köhnə qitənin ən yaxşı futbolçuları cədvəlində altıncı pillədə qərarlaşıb.

İranın milli komandasının yarımmüdafiəçisi və  “Şarlerua” klubunun üzvü Əli Qolizadə isə 18-ci pillədə qərarlaşıb.

İranın milli komandasının kapitanı və “Feyenoord” klubunun üzvü Əlireza Cahanbəxş isə Asiyada 24-cü yeri tutub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir