Taekvando üzrə tarix yazan xanım idmançının Olimpiya kvotası müəyyənləşib

Taekvando Federasiyasının rəhbəri Hadi Sai Roma Qran Prisi yarışlarının kənarında Nahid Kiyani tərəfindən Paris Olimpiya kvotasının əldə edilməsi haqda məlumat verib.

Xarici KİV-in verdiyi məlumata görə, 2023-cü ildə Qran Pri yarışlarının ilk mərhələsi İtaliyanın ev sahibliyi ilə İyunun 9-dan etibarən 3 gün olmaqla 53 ölkədən olan 253 taekvandoçunun iştirakıyla Roma şəhərində keçirilib. İranın taekvando üzrə qadınlardan ibarət milli komandasının 57 kq çəki dərəcəsindəki təmsilçisi Nahid Kiyani bu yarışlarda rəqiblərini məğlub etməklə gümüş medal əldə edib.

Taekvando Federasiyasının rəhbəri Hadi Sai Nahid Kiyani tərəfindən Paris Olimpiya kvotasının əldə edilməsi haqda məlumat verib.

Hadi Sai deyib: Dünən Nahid Kiyani fəxri kürsü üzərinə qalxmağı və yarışların ikincisi olmağı bacarıb. Beləliklə də, Nahid Kiyani üçün Olimpiya kvotası 95% əldə olunub.

Qeyd etmək lazımdır ki, Kiyani ötən həftə Bakıda keçirilən 26-cı Dünya Çempionatı yarışlarında qızıl medal qazanıb. Bu medal taekvando üzrə qadınlar arasında ilk dəfə əldə olunub və Kiyani tarix yazıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir