Təşkilat və məişət ehtiyaclarına cavab vermək üçün İran istehsalı olan ağıllı köməkçi

Elm təməlli Tarade Puyeş Şirkətinin baş direktoru Müsəyyib Mirani Tərade Təşkilat və məişət ehtiyaclarına cavab vermək üçün ağıllı köməkçinin istehsalına işarə edərək deyib: Səs köməkçisi və katibi olan ağıllı dinamik, evdə yaxud iş yerində quraşdırılma qabiliyyətinə malikdir və internetə qoşulduqdan sonra Elm təməlli Tarade Puyeş Şirkətinin mərkəzi serverinə birləşir.

Ağıllı axtarış

Demək olar ki, axtarış sistemində yazıla bilən bütün əmrləri səsli şəkildə bu dinamikə köçürtmək olar. Məsələn, bu cihazdan valyutanın, qızılın günlük məzənnəsini, hava praqnozunu və müxtəlif xəbərləri yayımlamasını istəmək olar.

Bu elm təməlli məcmuə süni intellekt, kompüter və elektronika sahəsində aktivdir. Bu şirkətin əsas diqqəti, müxtəlif avadanlıqların lokallaşdırılmasına köklənib. İstifadəçinin sevdiyi musiqinin səsləndirilməsini cihazdan istəmək olar. Bundan əlavə bu cihazı ağıllı ev sisteminə qoşub temperatur, işıq yaxud evin kameralarının istiqamətini səs şəklində ona bildirmək olar.

Səs köməkçisi texnologiyası dünyada inkişaf etməkdədir və yaxın gələcəkdə maşınların, iş yerlərinin, vətəndaşların həyatının ayrılmaz bir hissəsinə çevriləcəyi proqnozlaşdırılır.

Prezident yanında Elm və Texnologiya Müavinliyi Proqnoz sektoru təsis etməklə və həmçinin, İnnovasiya və Kommersiya Müavinliyi ölkəni yeni zühur edən texnologiyaların rəqabət kursunda müdafiə oluna biləcək mövqeyə çatdırmaq üçün çalışırlar.

Bu şikətin digər bir məhsulu da iynə vurulmazdan əvvəl nur saçmaqla damarları müəyyən edən cihazdır. Elm təməlli Tarade Puyeş Şirkətinin məhsulları növbənövdür.

Bu aktiv texnoloq, ölkənin müxtəlif sektor və qrumlarının problemlərinin həllinin, onların ehtiyaclarının cavablandırılmasının elm təməlli və yaradıcı şirkətlərinin əsas missiyalarından olduğunu bildirərək deyib: Prezident yanında Elm və Texnologiya Müavinliyinin texnoloji ehtiyaclar sahəsində çağırış elanı üçün xüsusi sektoru var. Biz texnoloji ehtiyaclara cavab verən milli hərəkatı gücləndirdikdən sonra lokallaşdırma və əks mühəndislik istiqamətində tədqiqat və inkişaf bölməsini işə saldıq ki, texlonoji və ağıllı məhsulların istehsalı üçün zəmin yaratsın.

Hal-hazırda Elm və Texnologiya Müavinliyinin elm təməlli şirkətləri və müəssisələri mərkəzində gündəlik olaraq onlarla elm təməlli şirkət, həmkarlıq etməklə ekosistemin genişlənməsi, məhsulların istehsalı və texnoloji xidmətlərə kömək etmək üçün böyük sənayelərə qoşulurlar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir