Kəskin və xroniki yaraların dezinfeksiyası üçün xüsusi məhlul olan SilvoSept Kitokek gümüş tərkibli yara spreyi iranlı texnoloqların səyi nəticəsində istehsal edilib.
Xarici KİV-in verdiyi məlumata görə, SilvoSept Kitokek gümüş tərkibli yara spreyi nano gümüş hissəciklərinə sahib olduğuna görə, müxtəlif növ yaraları dezinfeksiya etməyə, virus, bakteriya və göbələklərə şamil olan xəstəlik törədən miroorqanizmlərin geniş spektrini aradan aparmağa qadirdir.
Nano texnologiyası ilə hazırlanmış İran istehsalı olan bu sprey elm təməlli Nano Əlvənd Arad Şirkətinin məhsuludur. Bu sprey Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Nano və Mikro Texnologiyaların İnkişafı Mərkəzi dəstəyi ilə kommersiyalaşma mərhələsinə çatıb.
Bu yara spreyi nano texnologiyası əsasında və yoluxucu xəstəliklərin genişlənməsinin qarşısını almaq məqsədi ilə hazırlanıb. O, yataq yaraları, yanıq yaraları, diabetik ayaq yaraları və cərrahi yaralar kimi hallarda geniş istifadə olunur.
Gümüşə sahib antiseptik SilvoSept spreyi spirtsiz, rəngsiz, iysizdir. Dəri üzərində həssaslıq və quruluq yaratmır, hüceyrə zəhərlənməsi və gen zəhərlənməsi yoxdur. Bu xüsusiyyətləri bu məhsula SilvoSept Kitokekin aktiv gümüş maddəsi və gümüş nanokolloid verib.
Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin məlumatına əsasən, bu texnoloji məhsuldan tibbi və antimikrobiyal, tekstil və sanitar məmulatlar, biofarmasevtik məhsulların istehsalı, katalizator istehsalı, optik və elektronik sənayeləri sahələrində istifadə edirlər.