Təbriz universiteti müzakirə dönəmində

Açıq forumun ikinci günü keçirildi.

Təbriz tələbələrinin iştirakı ilə universitetlərdəki son hadisələrin araşdırılması məqsədi ilə, Təbriz universitetinin açıq forumu keçirilib.

Təbriz universitetinin ümumi əlaqələr şöbəsinin məlumatına görə, Təbriz tələbələrinin açıq forumu, universitetin mədəniyyət və ictimai məsələlər üzrə muavininin vasitəçiliyi ilə Təbriz universitetinin açıq amfiteatrında keçirilib.

Bu forumda etirazçı tələbələr, tələbələrin azad sözə sahib olmalarının zəruriliyi, hicab mövzusunda mövcud olan gedişatın islahı, məsul şəxslərin “qadın, həyat, azadlıq” şuarına əhəmiyyət vermələri və saxlanılan tələbələrin ulduzlaşmasının (ulduz tələbə- siyasi fəaliyyətinə görə məhkum olunan tələbə) qarşısının alınması və s. barəsində olan fikirlərini səsləndiriblər.

Bəzi tələbələr də etirazçılar tərəfindən hər növ fitnə və iğtişaşın məhkum olunmasını, bütün spektrlərin məntiqli və məsləhətli danışıqlarını vurğulayıb, səlahiyyətli qrumların fitnə törədib, iğtişaş yaradanlarla ciddi məşğul olmalarını istəyiblər.

Bu hesabata görə, həmçinin, ötən gün də Təbriz universitetinin öyrəncilərinin yürüşləri bitdikdən sonra tələbələr açıq forum təşkil etməklə öz aralarında müzakirə aparıblar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir