Bitki mənşəli polimer qabların hazırlanması elm təməlli bir şirkətin elitası tərəfindən ərsəyə gələn bioloji parçalanmaya sahib və asanlıqla təbiətdə aradan gedə bilən yeniliklərdəndir.
Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, elm təməlli bir şirkətin mütəxəssisləri plastik xasiyyətli bitki mənşəli məhsullar istehsal etməklə, ətraf mühitin qorunmasına və plastik tullantılarının azalmasına kömək etmək fikrindədirlər.
Bu elm təməlli şirkətin baş direktoru Seyid Səid Haşimizadə bu şirkətin mütəxəssislərinin ətraf mühitin daha çox qorunması və plastiklərin insan həyatından silinməsinə söykənən yanaşmasına işarə edərək deyib: Bu şirkət bioloji parçalana bilən polimerlərin istehsalı ideası ilə təşkil olunub və mərhələləri keçdikdən sonra İsfahan Elm və Tədqiqat Şəhərciyində qəbul edilərək yaradılıb. Mütəxəssislərinin səyləri ilə tədqiqat və araşdırmadan sonra bu məhsulun patentləşdirilməsinə nail olub.
O, bu məhsul barəsində deyib: Bu şirkətin ən mühüm məhsulu polimer məhsulların keyfiyyətinə və xasiyyətinə malik olan bitki mənşəli birdəfəlik qablardır. Əslində şirkətin mütəxəssislərinin köməyi ilə bioloji parçalana bilən, təbiətə zərər vurmayan, qarğıdalı nişastasından hazırlanan və eyni zamanda polimer məhsullarının müsbət keyfiyyəti və xüsusiyyətinə malik olan məhsullar istehsal etməyi bacarmışıq.
Bu texnologiya sahəsində fəal olan şəxs ətraf mühitə olan zərərin qarşısının alınmasına və daxili sərmayələrin qorunmasına işarə edərək deyib: Yüksək istehlaka sahib bu növ məhsulların istehsalının bir çox üstünlükləri vardır. Ətraf mühitin sağlamlığının qorunması, tullantıların təbiətdə qalmasının azaldılması və hər şeydən mühüm, milli sərmayənin qorunmasını bu üstünlüklərin ən əsaslarından saymaq olar. Məhsulumuzu kommersiyalaşdırmaqla və bazara çıxarmaqla ölkədə istifadə olunan birdəfəlik qabların istehlakının böyük bir hissəsini kölgədə qoyduq. Eyni zamanda bu məhsulun istehlakının plastiklərin istehlakının azalmasında mühüm rolu var.
Haşimizadə bu şirkətin məhsulunun neft polimerlərinin istehlakını azaltmasını bəyan edərək sözlərinin davamında deyib: Son illərdə bu şirkət tərəfindən texnologiya satışı ilə bu məhsulu istehsal edən fabriklərin çoxu onun istehsalı yolunda addım atıb və hal-hazırda cəmiyyətdə bu polimerlərdən istifadə mədəniyyəti genişlənib.
Bu şirkətin baş direktoru bu məhsulun oxşar xarici polimerlərlə müqayisədəki fərqli cəhətini onun tam şəkildə lokallaşması olduğunu bildirib və əlavə olaraq deyib: Yerli mütəxəssislərin bu məhsulun əvvəldən sonadək olan bütün mərhələlərinin lokallaşması üçün göstərdikləri səylər bütün xammalın ölkə daxilində istehsal olunmasına səbəb olub. Texniki bilikdən istifadə etməklə, daha çox nişasta istehlak edərək məhsulun qiymətini azaltmağı və rəqabət üstünlüyünü yaratmağı bacarmışıq.
Bu texnologiya fəalı şirkətin istehsal etdiyi plastik məhsulların istehsal xəttinin işə salınması ilə yaradılan məşğuliyyətə işarə edərək əlavə edib: Bu istehsal xəttinin yaradılmasıyla üç iş növbəsində birbaşa və dolayısı olaraq təxminən 25 nəfər üçün məşğuliyyət yaradılıb.