“Sürəyya” peyki ilk dəfə olaraq yerdən 750 km yüksəkliyə buraxılıb

Bugün “Sürəyya” peyki Qaim-100 peyk daşıyıcısı vasitəsilə uğurla orbitə buraxılıb. İlk dəfədir ki, İrana aid peyk daşıyıcıları 750 km-lik orbitə çıxır.

Xarici KİV-in verdiyi məlumata görə, bugün səhər saatlarında “Sürəyya” peyki “Qaim-100” peyk daşıyıcısı vasitəsilə 750 km-lik orbitə buraxılıb.

 “Sürəyya” peyki İran Kosmik Tədqiqatlar İnstitutunun hazırladığı SRI tədqiqatlar seryasından olan telekommunikasiya peykidir.

100 kq daşıma qabiliyyətinə malik olan Qaim-100 peyk daşıyıcısı özünün 3-cü sınaq buraxılışında təxminən 50KG kütləyə sahib olan bu tədqiqat yükünü 750 km-lik dairəvi obitə yerləşdirib. Qaim SEPAH-ın Aeorokosmik Qüvvələri tərəfindən hazırlanmış quru yanacaq növündəndir.

Qeyd etmək lazımdır ki, ilk dəfədir İrana aid peyk daşıyıcıları 750 km-lik orbitə çıxır.

Peykdən gələn məlumatlara əsasən, orbitə buraxılış əməliyyatı yaxşı və dəqiq həyata keçirilib. Hazırda peykin telemetriya məlumatları əldə olunmaqdadır.

Bu tədqiqat peykinin buraxılması ilə İran Kosmik Tədqiqatlar İnstitutu tərəfindən inkişaf etdirilmiş bir çox alt sistem də orbital sınaq şəraitində qərarlaşır və İranın yerli kosmik sənayesinin sürərli inkişafı üçün yol daha da hamarlaşır. Bundan əlavə, bu buraxılış daha yüksək orbitlərə peyk buraxma gücünün artırılması istiqamətində mühüm bir addım sayılır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir