İranın elm təməlli şirkətlərindən biri, su anbarlarının uzaqdan idarə olunması və monitorinqində istifadə olunan avadanlıqları lokallaşdıraraq sənayenin bu texnologiyaya olan ehtiyacını aradan qaldırmağı bacarıb.
Xarici KİV-in verdiyi məlumata görə, elm təməlli bir şirkət uzaqdan idarə etmə sistemləri istehsal etməklə, daxili sənayenin bu növ məhsullara olan ehtiyacını təmin edib.
Elm Təməlli Dinamik Sistemlərinin Yaradılması Şirkətinin icraçı direktoru Əhməd Şəriəti Siyasər, şirkəti tanıtdıraraq deyib: Elm Təməlli Dinamik Sistemlərinin Yaradılması Şirkəti simsiz monitorinq və nəzarət ideyası ilə işə başlayıb və su anbarlarının səviyyəsinin simsiz nəzarət edici məhsulunu istehsal edib. Həmçinin, daxili ehtiyaclara uyğun və optimal məhsullar hazırlayıb.
O, sanksiyaları nəzərə alaraq daxili sistemlərin əhəmiyyətinə işarə edərək deyib: Bizim məhsullarımız telemetriya və uzaqdan idarəetmə sahəsindədir. Siemens və Schneider kimi bir çox xarici şirkətlər uzaq terminallarda istifadə üçün (RTU) çoxlu cihazlar istehsal ediblər. Sanksiyaları, dəstək problemlərini, hissələrin təmin olunmasını və yüksək qiyməti nəzərə almaqla daxili sistemlərə təcili ehtiyac yarandı.
Şəriəti, məlumatların monitorinqini və su sərfiyyatı, nasos stansiyalarının şəraiti yaxud elektrik yarımstansiyaların elektrik parametrləri kimi proseslərə uzaqdan nəzarəti, istehlakın idarəsinə, dəstəyə və xərclərin təhlilinə böyük kömək olduğunu bildirərək bu şirkətin auditoriyası barəsində deyib: Bu avadanlıqlar əhəmiyyətli dərəcədə su təchizatı, neft-qaz, elektrik paylanması və s. kimi sahələrdə işlədilir.
Texnologiya sahəsində fəal olan bu şəxs deyib: Bu şirkətdə istehsal olunmuş bu avadanlıqlar asanlıqla xarici proqramlarla əlaqə yarada bilir və tamamilə modul və unikal dizayna malikdir. Bu, müştərinin ehtiyaclarına uyğun olaraq avadanlığın fərdiləşdirilməsinə imkan yaradır ki, bu da xərclərin azalmasına səbəb olur.
Elm təməlli şirkətin icraçı direktoru son illərdə Siemens kimi xarici şirkətlərin ağır sanksiyalarını nəzərə almaqla, bu avadanlığın qiymətləndirilməsi ilə bağlı konkret məlumatın olmamasını bildirərək deyib: Bu şirkətin avadanlığı xarici nümunələrinə nisbətən daha ucuz və daha səmərəlidir. Məsələn, bu şirkət tərəfindən 2014- cü ildə Zərənd Qətran Emalı Zavodunda icra olunmuş elektrik yarımstansiyaların telemetriya və uzaqdan idarə olunması layihəsi, onun xarici nümunəsinin təxminən dörddə birini təşkil edib. Şəriəti Dinamik Sistemlərinin Yaradılması Şirkətinin məhsullarının qiyməti barədə deyib: Bütün ehtiyat hissələri və aksesuarlarının (antena, sensorlar…) İrana məxsus olmasını nəzərə alaraq, bu şirkətin məhsullarının qiyməti indiki məzənnəyə uyğun olaraq xarici nümunəsinin dörddə biri qədərdir və xarici nümunəsindən 30% daha ucuzdur.