Bioloji və qeyri-üzvi maddələrdən üzvin çıxarılması, nadir metal maddələrin, kemarikanın, həssas qeyri-üzvi maddələrin və dərmanların dayanıqlığının artırılması quru soyutma cihazlarının əsas funksiyalarındadır. Bu yüksək və mürəkkəb texnologiyalı cihaz, müxtəlif sənayelərdə tətbiq olunur. O cümlədən quru yanacaq və bu kimi həssas qeyri-üzvi maddələrin hazılanması üçün kimyəvi sənayelərə, müxtəlif növ anti-biotiklərin, vitaminlərin, insan və heyvan peyvəndlərinin hazırlanması üçün əczaçılıq sənayesinə, ət tozu, pendir suyu tozu, nescafe, quru süd tozu və müxtəlif növ göyərtilərin və s. hazırlanması üçün qida sənayesinə işarə etmək olar.
Bu funksional məhsul, Prezident yanında Elm və Texnologiya müavinliyinin Nanotexnologiyaların İnkişafı Mərkəzinin dəstəyi ilə elm təməlli Pishtaz avadanlıq istehsalçısı mühəndisliyi şirkəti tərəfindən istehsal edilərək lokallaşıb. Bu cihaz, İran iqlimi ilə tamamilə uyğun və laboratoriya miqyasında hazırlanıb.
Bu cihazın funksiyası bundan ibarətdir ki, ilk növbədə istənilən məhsul cihazda dondurulur və daha sonra onun suyu sublimasiya yolu ilə çıxarılır. Bu üsul, istiliyə həssas olan məhsullarda çox faydalıdır və məhsulun uzun müddət qalmağına kömək edir. Soyutma quruducu cihaz beynəlxalq bazarda yüksək qiymətə satılır. Amma İran istehsalı olan bu məhsul ucuz və sərfəli şəkildə sənayelərin ixtiyarına verilib.
Bu cihazın üstünlüklərindən qida maddələrinin xüsusiyyətlərinin və keyfiyyətinin qorunmasına, qida maddələrinin uzun müddət saxlanmasına və qida maddələrinin uzaq məsafələrə göndərilməsinə işarə etmək olar.