Son 3 ildə kosmosda parlayan İran peykləri – 2-ci hissə

10 il fasilə və İranın gələcək kosmonavtları üçün mühüm nailiyyət

İran Kosmik Təşkilatının, öz alimlərinin köməyi ilə 500 kq-lıq ən yeni bioloji kapsulu “Salman” buraxıcı qurğu ilə təhlükəsiz şəkildə yerə qaytarması 10 il çəkdi.

Bioloji kapsullar canlı orqanizmləri kosmosa çatdıran və kosmosda olduğu müddətdə həyat şəraitini insan üçün təmin edən vasitələrdir. Sınaqlar üçün kapsullardan istifadə olunmasının əsas səbəbləri kosmosda radiasiyanın çox olması, yüksək temperatur fərqi və kəskin təzyiq düşməsidir. Bioloji nümunələr kosmonavtın göndərdiyi şəraiti araşdırmaq üçün mütəxəssislərin ixtiyarına yaxşı məlumatlar verir.

Rabitə naziri İsa Zaripur bu barədə deyib: İrana məxsus kapsul yaxud buraxıcı qurğu vasitəsilə iranlı kosmonavtın kosmosa çıxmasına şahid olmaq üçün 5 illik proqramımız var.

“Sürəyya” İranda peyk buraxılışı hündürlüyü rekordunu qırıb

“Sürəyya” peyki 2024-cü ilin Yanvar ayının ortalarında “Qaim 100” peyk daşıyıcısı vasitəsilə buraxılıb və yerdən 750 km uzaqlıqdakı otbitdə yerləşdirilib. Peykin 50 kq-a yaxın çəkisi var və ölçüləri isə bir kvadrat metrdən azdır.

Bu peykin əsas vəzifəsi peyk alt sistemlərinin performansını və etibarlılıq testini araşdırmaq idi. Bu peykdə telekommunikasiya əlaqəsi, yerin təyin edilməsi sensorları, müxtəlif rejimləri idarə etmək üçün aparat avadanlığı və proqram strukturları kimi texnologiyalar yerləşdirilib.

Məhda: bir buraxılış və 3 peyk, çoxlu buraxılışlar üçün böyük addım

2024-cü ilin Yanvar ayının 28-də İranda ilk dəfə olaraq bir buraxılış qurğusu İmam Xomeyni bazasından “Məhda” peykini, “Keyhan 2”“Hatif 1” nanopeyklərini orbitə yerləşdirməyi bacardı.

“Məhda” peyki tədqiqat peykidir və onun dizayn, istehsal, yığılma və sınaq mərhələləri İran Kosmik Tədqiqatlar İnstitutunda həyata keçirilib. “Keyhan 2” və “Hatif 1” nanopeykləri də İran Elektronik Sənayelər Şirkəti (Sairan) tərəfindən dizayn edilərək buraxılışa hazırlanıblar.

“Pars 1” peyki ilə gecə görmə

2024-cü ilin Fevral ayının 29-da 134 kq-lıq “Pars 1” peyki Soyuz buraxıcı qurğu vasitəsilə Rusiyanın “Vostoçni” bazasından kosmosa göndərilib. Bu peyk günəşin 500 km-dəki orbitə yerləşdirilib. “Pars 1” peyki İranın Kosmik Araşdırma İnstitutunun tədqiqat-zondlama peykləri silsiləsindəndir.

Bu peykin 3 foto kamerası var və o, torpaq ehtiyatları barəsindəki məlumatları görünən, qısa dalğalı infraqırmızı və termal infraqırmızı olmaqla üç spektral diapazonda alır.

Bu peykin maraqlı xüsusiyyətlərindən biri də onun termal infraqırmızı spektirli kamerasının olması və gecə şəkil çəkə bilməsidir. Bundan əlavə, Pars 1 peyki 45 gündən daha az bir vaxt ərzində bütün İran ərazisinin təsvirini götürmə qabiliyyətinə malikdir.

“Çəmran 1” İranda yeni kosmok rekordların qeydə alınması prosesinin başlanğıcıdır

Həftənin şənbə günü (14 Sentyabr 2024-cü il) “Qaim 100” peyk daşıyıcısı vasitəsilə uğurla kosmosa buraxılan və yerdən 550 km uzaqlıqdakı orbitdə yerləşdirilən “Çəmran 1” peykiilk siqnallarını ötürüb.

“Çəmran 1” tədqiqat peyki Aerokosmik Tədqiqat İnstitutunun və elm təməlli özəl şirkətlərin əməkdaşlığı ilə İran Elektronik Sənayelər Şirkəti (Sairan) tərəfindən dizayn edilərək hazırlanıb.

Bu peykin təxminən 60 kq çəkisi var. Onun əsas missiyası hündürlükdə və fəzada orbital manevr texnologiyasının sübut olunması üçün aparat və proqram sistemlərinin sınaqdan keçirilməsindən ibarətdir.

Kosmik sistemlərdə soyuq qaz hərəkətinin alt sisteminin, naviqasiya və vəziyyətə nəzarət alt sistemlərinin fəaliyyətlərinin qiymətləndiriliməsi “Çəmran 1” peykinin ikinci dərəcəli missiyalarından sayılır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir