Son 3 ildə kosmosda parlayan İran peykləri – 1-ci hissə

İran son 3 ildə dünyanın kosmik ölkələri arasındakı mövqeyini möhkəmləndirən uğurlu buraxılışlara sahib olub. Bu illər ərzində kosmosa hansı peyklər göndərilib və onların hansı xüsusiyyətləri var?

Xarici KİV-in verdiyi məlumata görə, bugün Qaim 100 peyk daşıyıcısı vasitəsilə “Çəmran 1” peykinin kosmosa göndərilməsi ilə İranın kosmik tarixində növbəti uğurlu buraxılış qeydə alınıb. Bu, son üç il müddətində kosmosa göndərilən 13-cü peykdir. Bu yazıda İranın son bir neçə ildə dünyanın kosmik ölkələri arasındakı mövqeyini möhkəmləndirən uğurlu buraxılışlarına nəzər salacağıq.

Uğurlu buraxılışların işığını Feniks işıqlandırdı

İranın 13-cü dövlətinin vaxtında ilk peyk buraxılışı “Feniks”in uğurlu buraxılışı olub. Bu peyk bir neçə uğursuz buraxılışdan sonra 2021-ci ilin 30 Dekabrında Müdafiə Nazirliyinin Simurq peyk daşıyıcısı vasitəsilə Semnan şəhərinin İmam Xomeyni bazasından buraxılıb və İranın ilk peyki olaraq uğurla yer səthindən 470 km uzaqlıqdakı orbitdə yerləşdirilib.

Simurq səniyədə 7350 metr sürətlə Feniksi 470 km-lik ortbitdə yerləşdirməyi bacarıb ki, bu da İranın kosmik sənayesində mühüm nailiyyət sayılır. Çünki İran peykləri ndiyə qədər nəhayətdə yer səthindən 250 km uzaqlıqdakı orbitdə yerləşdirilib.

İctimaiyyətə təqdim edilən peyk şəhilləri

2022-ci ilin Fevral ayının 21-də Şaban bayramları ilə eyni vaxtda İran Kosmik Təşkilatı açıqlama verərək, “Nur 2” peykinin İran İslam Respublikası Keşikçilər Korpusunun “Qasid” peyk daşıyıcısı vasitəsilə 500 km-lik orbitdə yerləşdirildiyini bildirib.

“Nur 2” zondlama və telekommunikasiya peykidir. Bu peyk orbitdə yerləşdikdən bir neçə ay sonra ilk məlumatları və görüntüləri mərkəzə göndərib. “Nur 2” peykinin əsas vəzifəsi Yer kürəsini müəyyənləşdirmək və şəkillərini çəkməkdir. Onun çəkildiyi şəkillər ictimaiyyətə təqdim edilir.

Nur 2” peyki vasitəsi ilə Yer kürəsinə göndərilən görüntülər 10-15 metr dəqiqlikdə olmasına baxmayaraq, bu, ölkədə digər zondlama peykləri düzəltmək üçün eksperimental nailiyyət sayılır.

“Xəyyam” peykinin görüntüləri icyimaiyyətə təqdim edilib

600 kq çəkiyə sahib uzaqdan zondlama peyki olan “Xəyyam” İran Kosmik Təşkilatının sifarişi ilə Rusiya şirkətlərindən biri tərəfindən hazırlanıb, Rusiyanın “Soyuz” peyk daşıyıcısı ilə Qazaxıstanın Baykonur kosmik bazasından buraxılaraq yerdən 500 km-uzaqlıqda orbitdə yerləşdirilib. Təbii ki, bu peykin məlumatları Kərəcin Məhdəşt şəhərindəki İran Kosmik Təşkilatının İdarəetmə Mərkəzinə ötürülür.

Xəyyam peykinin əsas vəzifəsi Yer səthindən 1 m dəqiqlikə kənd təsərrüfatı, ekologiya, təbii fəlakətlər, şəhər dəyişiklikləri, su mənbələrin monitorinqi və mədənlərin kəşf olunması sahələrində məlumatlar və görüntülər toplamaqdır. Bu peyk bu günə qədər hz.Əlinin (ə) hərəmi və Məkkə kimi müqəddəs məkanlardan, Kehir səddinin və Hirmand çayının suqəbuledici vəziyyətindən, həmçinin İraqın Hor şəhərindəki yanğından çoxlu sayda görüntülər göndərib.

Orbital ötürmə blokları daha yüksək orbitlərə yetişmək üçün yol açır

Suborbital peyklərin uğurlu uçuşlarının birincisi 2022-ci ilin payızında həyata keçirilib. “Orbital ötürmə bloku sistemi”nin mühüm vəzifəsi peykin orbitlərdə yerləşdirilməsi üçün vasitə olmasıdır. Onların buraxılmasının məqsədi xərclərin azaldılması, iri həcmli daşıyıcıların istehsalından və çox yanacaq istehlakından qaçmaqdır. Bu buraxılış peyk daşıyıcısında quru yanacaq istifadə edərək müxtəlif orbitlərə yetişmək üçün mühüm addım idi və Nahid peykinin buraxılması üçün yol açırdı.

Bu suborbital peyklərdən biri SEPAH-ın Aerokosmik Qüvvələrinin uğurla orbitə yerləşdirilən “Qaim 100” adlı peyk daşıyıcısıdır. Həmçinin Yerin müxtəlif orbitlərində peykin yerdəyişməsini həyata keçirmək üçün istifadə edilən Saman orbital ötürmə bloku da uğurla orbitdə yerləşdirilib və sınaqlarını uğurla başa vurub.

Tamamilə İrana məxsus “Nur 3” peykinin orbitə yerləşdirilməsi

27 Sentyabr 2023-cü il tarixində “Nur 3” super yüngül təsvir peyki İranın “Qasid” peyk daşıyıcısı vasitəsi ilə kosmosa buraxılaraq, 450 km-lik orbitə yerləşdirilib. Bu peyk yüksək dəqiqliklə şəkil çəkə bilir və unikal xüsusiyyətlərinə görə çox diqqət mərkəzindədir.
Nur 3 peykinin ilk xüsusiyyəti onun yerdən əl ilə idarə oluna bilməsidir. Yəni iranlı mütəxəssislər peykin istənilən yer stansiyasına tərəf dönməyi yaxud hansı nöqtədən şəkil çəkməsini göstəriş verə bilərlər. Bu peykin digər xüsusiyyəti onda “kosmik itələyicilər” texnologiyasından istifadə olunmasıdır. Bu xüsusiyyət mütəxəssislərə peykin yerdən hündürlüyündə və istiqamətində dəyişiklik yaratmağa imkan verir.

Bu peykə həm də “ulduz sensor” quraşdırılıb. Bu sensora malik olmayan peyklər yerlə müqayisədəki dəqiqliyi yarım yaxud bir dərəcədir. Amma bu sensor, peyki yüzdə bir dəqiqliklə əsaslandırır və operatorun yer üzərində istədiyi istiqamətə yönəldir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir