Sionistlər İranın “Qəzzə” adlı dronunun imkanlarından narahatdırlar

Sionist qəzetlərindən biri Qəzzə dronunun qət etdiyi məsafəyə toxunaraq bildirib ki, bomba da daşıya bilən İrana məxus bu dron işğal olunmuş ərazilərə çata bilər.

Dronlar müharibəsi İsrail rejimi üçün o zaman əsas müharibə sayılırdı ki, işğalçı İsrail rejimi və daha sonra Amerika bu texnologiyaya sahib idilər və bu sahədə üstünləri var idi. Amma İran İslam Respublikasının 40 növ dron istehsal etməklə bu texnologiyaya yiyələnməsi və üstünlük eldə etməsindən sonra işğalçı rejim və ABŞ üçün bu müharibənin əhəmiyyəti daha da artdı.

İsrail mediaları son saatlarda İranın “Qəzzə” adlı dronunun təqdimat mövzusu ilə məşğuldurlar. Bu dron hərbi xüsusiyyətlərə malikdir. Bu dronun texnoloji və hücum imkanları İsrail medialarının onu İsrail üçün strateji bir təhdid saymalarına səbəb olub.

Sionist qəzeti İranın “Qəzzə” adlı yeni pilotsuz təyyarəsi ilə bağlı hesabatında bu dronun təxminən 13 ədəd bomba daşımağa qadir olduğunu və onu minlərlə kilometr məsafəyə apara biləcək reaktiv mühərriklə təchiz edildiyini yazıb. Bu, işğal olunmuş ərazilərə də şamil olan bir məsafədir.

Xarici KİV-in verdiyi məlumata görə, sionist qəzeti sözlərinin davamında qeyd edib ki, bu yeni dron ilk dəfə 2012-ci ilin sentyabrında təqdim ediln “Şahid-129”-un qabaqcıl versiyasıdır. Qəzzə pilotsuz üçüş aparatı 8 ədəd bomba daşıma bacarığına malikdir. Bu bombalar hərəkətli və sabit obyektləri hədəfə almaq üçün hazırlanıb.

Bu qəzet yeni dronu İranın yeni müharibə aləti kimi təsvir edib və bu dronun “Kərrar” dronundan sonra Sədid-1 raketlərini daşıma qabiliyyətinə malik olan ikinci dron olduğunu açıqlayıb.

Qeyd etmək lazımdır ki, İranın təxminən 40-a yaxın dron modeli var ki, onların ən əsaslarından “Əbabil, Kəman, Kiyan, Mühacir və Şahid”-ə işarə etmək olar. Şahid-126 İranın ən səmərəli dronlarından biridir.

“Qəzzə” pilotsuz uçuş aparatı ötən ildən istifadəyə verilən Şahid-149-un ən son versiyasıdır və o, 35 saat dayanmadan 2200 km-dən çox məsafəyə uça bilir. Onun sürəti saatda 350 km-ə çatır və o, 500 kq texniki və elektron avadanlıqdan əlavə, çox sayda raket və bomba daşımağa qadirdir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir