Sionistlər İranın kosmosa peyk göndərməsindən qorxur

İran İslam Respulikasının PUA uğurlarının davamında ötən həftə kosmosa peyk göndərmə xəbəri sionist rejimi qorxuya salıb.

Fars informasiya agentliyinin verdiyi məlumata əsasən, “The Jerusalim Post” qəzeti İran İslam İnqilabı Keşikçiləri Ordusunun (SEPAH) kosmosa peyk göndərməsinə reaksiya verərək yazıb ki, İranın kosmik sahəfə günü-gündən inkişaf edən etibarı müşahidə olunur. Belə ki, SEPAH kosmosa göndərdiyi bir peyklə kifayətlənməyəcək və gələn il daha bir neçə peyk göndərmək məqsədini güdür.

“The Jerusalim Post” qəzetində çap edilmiş məlumatın elə başlanğıcında deyilir: İranın daha bir peyki kosmosa göndərmək qəsdi var və SEPAH-ın bu məsələdə rolu olacaq. Bu isə onların İranın kosmik proqramında rəhərlik məqsədini güddüynü göstərir.

Məlumata əsasən, İslam İnqilabı Keşikçiləri Korpusunun hava-kosmos qüvvələrinin komandanı briqada generalı pasdar Əmir Əli Hacızadə bazar ertəsi günü İranın kosmosa peyk göndərməsi xəbərini elan edərək ölkəsinin PUA və peyk sistemində potensiallarının güclü oldmasını təqdirəlayiq olduğunu deyib. Həmçinin o, İranın hərbi sahədəki bütün sistemlərin bir-biri ilə əlaqəsini də vurğulayıb.

İsrail qəzetinin yazdığı bu məlumatda həmçinin İranın peyk sistemi haqda deyilir ki, İran peykləri ümumilikdə kəşfiyyat sahəsində istifadə olunmaq üçün nəzərdə tutulsa da müxtəlif işlər görmə potensialı var. İranın peykdaşıyıcı SLV sisteminin müxtəlif növləri əhəmiyyət kəsb edir.

“The Jerusalim Post” yazır: İran 2016-cı ildə istehsal etdiyi “Səfir” peykdaşıyıcısını sınaqdan keçirdikdən sonra bu yaxınlarda modern tipli “Zülcənah”ı  sınaqdan keçirdi və kosmosa raket göndərdi. İyun ayında İran rəsmi surətdə elan etdi ki, qatı yanacaqlı Zülcənah peykdaşıyıcı raketindən istifadə etməyə hazırdır və ötən ilin dekabrında 3 tədqiqat yükünü kosmosa göndərib.

Sionist qəzet həmçinin İranın kosmosa raket göndərəcək qədər inkişafını bir təhdid kimi qələmə verərək iddia edib ki, Sepah bu proqramdan bəzi işlərini ört-basdır etmək üçün istifadə ehtimalı var. Çünki daha yaxşı keyfiyyətli iri həcmli raketlər və digər texnikaların istehsalı imkanı yaranır və bu özü-özlüyündəbir təhdiddir.

Əldə olan məlumata əsasən, İranın raket sistemləri proqramı üzrə əsas profili general Əmir Əli Hacızadə hesab olunur. O deyib ki, “Qaim” və digər yeni tipli peykdaşıyıcılar da kosmosa göndəriləcək. Bu açıq-aşkar məlumatların kütləvi informasiya vasitəsilə elan edilməsi isə İranın özünəinamının göstəricisidir.

“The Jerusalim Post” İranın yüksək rütbəli şəxslərinin dedikləri sözləri sitat gətirib: “İran Amerika pilotsuzlarını geriddə qoydu”. General Hacızadə çıxışında deyib: “Onlar hava sərhədlərinin qorunması, PUA və raket proqramının nüvə məsələsindən önəmli olduğunu deyirlər. Onlar müdafiə sektorunun da əhəmiyyətli olduğunu yaxşı bilirlər”.

“The Jerusalim Post” qəzeti həmçinin yazır: İran aviakosmonavtika sahəsində əldə etdiyi uğurlarının bir növ “müstəqillik” olduğuna və dünya güclərindən ayrı bir qüdrəti olduğuna inanır. 2009-cu ildə “Ümid” və 2011-ci ildə “Rəsəd” peykini kosmosa göndərən İran uğurlarını həmişə xatırladır.

“The Jerusalim Post” yazdığı bu məqalənin sonunda yenə də İranın yüksək rütbəli rəsmilərinin çıxışına işarə edərək deyir: İran rəsmiləri kosmosa göndərilə biləcək daha bir neçə peykləri var və bu İranı aviakosmonavtika avadanlıqları ixracatçısına çevirə bilər. Deyəsən Ayətullah seyyid İbrahim Rəisi yeni peykdaşıyıcı sistem və xüsusilə indiki Zülcənahı kosmosa göndərməklə, aviakosmonavtika sənayesi sektoruna investisiyalarının genişləndirilməsinə daha çox meylli olduğunu göstərmək istəyir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir