Havadan müdafiə sisteminin vəzifəsi resursları, sərvətlərı, quru və dəniz mülklərini hava hücumları qarşısında qorumağı öhdəsinə götürməkdir.
Adətən, düşmənin hava hücumları zamanı sursatlar bir yerdən daşınaraq döyüşün davam etməsində hərbi qüvvələrin gücünə zəmanət verən tankların, yük maşınlarının, böyük yolların, hava limanlarının, insanların, fabriklərin və gəmilərin üzərinə atılır.
Ümumiyyətlə, bu sistemlərin adi bölgüsü effektiv diapazon və hündürlüyə əsaslanır ki, bu da qısa, orta və uzaq mənzilli və bəzən də strateji havadan müdafiə sistemlərinin kateqoriyasına şamil olur.
Bu yazıda İranın İsrail rejimi qarşısında 6 mühüm havadan müdafiə sistemi ilə tanış olacaqsınız.
Bavər 373 raket sistemi
Bavər 373 sistemi bir neçə əsas hissədən təşkil olunub ki, atəş açma və idarə etmə mərkəzi, hədəf izləmə radarı, hədəfi müəyyənləşdirən radar və buraxıcı qurğulara şamildir. Bavər 373 raket sistemi yer-hava uzaq mənzilli havadan müdafiə raket sistemidir.
Səyyad 2,3 və 4 raketləri bu sistemin istifadə etdiyi raketlərdir. Onlar müəyyən edilmiş hədəfləri 32 km hündürlükdə və 306 km məsafədə məhv edə bilirlər.
Bu sistemdə optimallaşdırılmış radar eyni zamanda 300 hədəfi 450 km-dən çox məsafədə aşkarlaya bilir və bu sistemin izləmə radarının məsafəsi 405 km-ə, münaqişə radarının diapazonu da 400 km-ə yüksəldilib.
Bavər 373 sisteminin xarici nümunələri ilə müqayisədə üstünlüyü bundadır ki, o, 405 km məsafədə 100 hədəfi izləməyə qadirdir. Halbuki, S300 200 km-dən az bir məsafədə yalnız 12 hədəfi, S400 sistemi isə 36 hədəfi izləməyə qadirdir.
Bu sistemin digər xüsusiyyəti eyni zamanda 9 hədəfi hədəfə ala bilməsidir. Amma S300 və PATRIOT ardıcıl olaraq 6 ya 1 hədəfi hədəfə alma gücünə malikdirlər.
Bu sistemin gücü ilə bağlı qeyd oluna biləcək digər məqam budur ki, bu sistem müxtəlif növ qanadlı raketlər və helikopterlərlə də effektli şəkildə mübarizə aparma bacarığına malikdir. Bu sistem, həmçinin kimyəvi maddələrlə çirklənmiş mühitlərdə, radioaktiv şüalanmada və mikrob maddələrlə çirklənmiş mühitlərdə fəaliyyət göstərməyə qadirdir.
Təkmilləşdirilmiş Bavər 373 sisteminin digər qabiliyyəti onun şəbəkəyə bağlanma və məlumatları alaraq onları şəbədəkə emal etmə gücünə sahib olmasıdır. Bavər 373 İranda istehsal olunan ilk uzun mənzilli raket müdafiə sistemidir. Bu sistemdə istifadə olunan raket qabaqcıl manevr etmə sistemi ilə təchiz edilmiş Səyyad 4 tipli raketdir. Bavər 373 sisteminin bütün komponentləri Zəfər və Zül-Cənah avtomobillərinin üzərinə quraşdırılıb və hərəkətlidirlər. Bu sistemin ilk dizaynı S300 raket müdafiə sistemindən götürülüb. Bavər 373 raket sistemi hədəfi 450 km-lik fasilədən müəyyənəşdirib, 250 km məsafədən izləyir və 27 km hündürlüyə qədər 200 km fasilədən hədəfə alma gücünə malikdir.
3 Xordad sistemi
3 Xordad Hava Hücumundan Müdafiə Sistemi SEPAH-ın Radar Müdafiə Araşdırma Mərkəzi tərəfindən hazırlanmış yerli raket müdafiə sistemlərindən biridir. Bu sistem qırıcı təyyarələri, bomba atanları və qanadlı raketləri hədəfə alma gücünə malikdir. 3 Xordad raket sistemi ilk dəfə 2014-cü ildə Ali Baş Komandanın SEPAH-ın Aerokosmik Qüvvələri sərgisinə baxış keçirdiyi zaman təqdim olunub.
Bu müdafiə sisteminin ilk nümunəsi Buk M2 raket sisteminə çox oxşayır və onun təkmillşdirilmiş nümunəsi isə Rusiya ordusunun Buk M3 raket sisteminə bənzəyir. Bu sistemin 4 hədəfi izləmə və eyni zamanda 8 raket buraxma imkanı var. Bu müdaifə sisteminin ilk modelində bu sistemin prototip raketlərindən, Rusiyanın SAM sisteminin orta hündürlüklü raketlərinin optimallaşdırılmış forması olan Tair 2 hava hücumundan müdafiə raketlərindən istifadə olunub.
Bu sistemin təkmilləşdirilmiş modelində yer əsaslı Tair raketləri ilə müqayisədə daha uzaq mənzilli və artan dəqiqliyinə malik olan Səyyad raketindən istifadə olunub. Bu sistemin ilk modelinin 25 km-ə qədər olan hündürlükdə və 50 km diapazonda hədəflərlə toqquşma gücü var. Onun təkmilləşmiş modelində isə 30 km-ə qədər olan hündürlükdə və 70 km diapazonda toqquşma gücü mövcuddur.
Yüksək tezlikli sıçrayış qabiliyyətinə malik olan bu müdafiə sisteminin güclü radar sistemi radiusunun geniş bir hissəsini izləməklə yanaşı, düşmənin elektron müharibə sistemləri ilə mübarizə aparma gücünə sahibdir. 3 Xordad Hava Hücumundan Müdafiə Sistemi müstəqil sistem sayılır və bütün radar sistemləri, raket idarə sistemi, yer əsaslı raketlər atıcı maşınların şassilərində quraşdırılıb. Ümumilikdə bu sistem hədəfin müəyyənləşdirilməsi, izlənilməsi, təqib edilməsi və hədəflərlə münaqişə proseslərini məhv edənə qədər davam edir. Əslində, o, “atəş aç və unut” şəklində əməl edir. 3 Xordad müdafiə sistemi Oman dənizində Amerikanın Global Hawk RQ-4 casus dronunu vurmağa nail olub.
9 Dey raket sistemi
9 Dey raketdən müdafiə sistemi SEPAH-ın Aerokosmik Qüvvələrinin ölkənin çəkindirmə qabiliyyətinin yüksəldilməsində mühüm rolu olan ən yeni nailiyyətidir. Bu sistemin ölçülərini və görünüşünü nəzərə alaraq, onu 3 Xordad sistemi ailəsindən saymaq olar. Rəd və Təbəs sistemləri də bu platformada istehsal olunaraq təqdim olunublar.
9 Dey orta mənzilli sistem 9 Dey raketləri və 3 Xordad sisteminin buraxıcı qurğusunun tərkibindən hazırlanıb. SEPAH-ın Aerokosmik rəsmilərinin açıqlamalarına görə, bu sistem qırıcı təyyarələr, helikopterlər, dronlar, qanadlı raketlər və sərbəst buraxılan bombalar kimi müxtəlif növ hədəfləri məhv etmə vəzifəsinə malikdir.
Bu sistemdə əhəmiyyətli olan şey 9 Dey adlı yeni raketlərdən istifadədir, hansı ki, o raketlər ilk dəfə olaraq İslam İnqilabının müdafiə sahəsindəki 40 illik nailiyyətləri sərgisində nümayiş olunub. Bu raketi Tair raketlərinin oxşar nümunəsi saymaq olar. Çünki, gövdənin arxa tərəfinə doğru orta hissədəki trapezoidal qanad və gövdənin sonunda quraşdırılmış kiçik nəzarət qanadları Tair raketlərinin xüsusiyyətlərindəndir. Amma bir fərq də var. O da onun Tair raketləri ilə müqayisədə daha kiçik ölçülərinin olmasıdır.
9 Dey taktiki sisteminin çoxlu taktiki xüsusiyyətləri var. O xüsusiyyətlərdən biri bu sistemi daşıyan hər bir maşın üzərində termal görüntüləyici növündən olan elektro-optik axtarış qurğusunun olmasıdır. Bu sistemin hər batareyası raket daşıyan bir maşından və (Talar) radarından təşkil olunub ki, ümumilikdə iki maşından ibarətdir. Raketlərin qutu buraxıcı qurğularında bir neçə blok şəklində yerləşdirilməsi ilə boşaldılmış buraxıcı qutunun təmizlənməsi və yenilərinin quraşdırılması imkanını sadələşdirir. Bunun da üstünlüyü 9 Dey sisteminin buraxıcısının daha sürətli şəkildə əməliyyat vəziyyətinə qayıtmasıdır. Bir neçə hədəflə eyni zamanda münaqişəyə girmək də bu sistemin digər xüsusiyyəti olaraq qeyd olunub.
Təbəs raket sistemi
Təbəs sistemi hava hücumundan müdafiə sahəsindəki nailiyyətlərdən biridir ki, ölkənin müdafiə sənayesində tamamilə yerli məhsul olaraq istehsal olunub. Təbəs raket müdafiə sistemi SEPAH-ın Aerokosmik Qüvvələrinin özünü təmin etmə cihadında hazırlanmış ölkənin müdafiə sistemlərindən biridir.
Bu sistem digər raket və müdafiə sistemləri ilə birlikdə Ali Baş Komandanın 2014-cü ildə SEPAH-ın Aerokosmik Qüvvələrinin nailiyyətlər sərgisini ziyarəti zamanı nümayiş etdirilib. Bu sistemi məşhur 3 Xordad və Rəd sisteminə tay tutmaq olar, hansı ki, o sistemlərlə oxşar xüsusiyyətləri var. Amma mütəxəssislər Təbəsin öz hədəflərini məhv etmək üçün daha ucuz raketlərdən istifadə etdiyinə inanırlar.
Təbəs Tair C2 raketlərindən istifadə edir. Bu raketlərin uçuş məsafəsinin 75-90 km arasında olduğu açıqlanıb və onlar 25 km hündürlüyə qədər olan məsafədə təcavüzkar hədəfləri məhv edə bilirlər. Bu müdafiə sisteminin radarı da 1700-dən çox elementdən istifadə edən mərhələli massiv növüdür. Amma Təbəs sisteminin ən əsas xüsusiyyətinin düşmənin elektron müharibəsi qarşısındakı müqaviməti olduğunu söyləmək lazımdır.
Bu müdafiə sisteminin çoxlu xüsusiyyəti var ki, onların ən mühümləri bunlardan ibarətdir: hədəf məlumatlarını almaq və komando şəbəkəsi altında onlarla necə məşğul olmaq bacarığı, az xərclə ölkə səmasında monitorinq əməliyyatlarını həyata keçirmək, 120 km fasilədən hədəfləri kəşf etmə gücü, səs-küy tıxamalarına qarşı mübarizə aparmaq bacarığı, aldatma və pozma. Taktiki və strateji təyyarələrlə, helikopterlərlə, dronlarla mübarizə və elektron müharibə şəraitində işləmək bacarığı Təbəsin missiyalarındandır.
15 Xordad Hava Hücumundan Müdafiə Sistemi
15 Xordad Sistemi uçan 6 hədəflə eyni zamanda münaqişəyə girmək və onları məhv etmək qabiliyyətinə malikdir. Əməliyyat baxımından öz növbəsində ən sürətli müdafiə sistemlərindən biri sayılan “15 Xordad” 5 dəqiqədən daha az bir vaxt ərzində əməliyyata hazır olub, eyni vaxtda 6 hədəfi müəyyənləşdirərək izləməyi, atəş açaraq onları məhv etməyi bacarır.
Tamamilə yerli istehsal olan bu sistem qırıcı və hücumçu dronlar kimi hədəfləri 150 km məsafədə müəyyənləşdirməyi və 120 km diapazonda izləməyi bacarır. Həmçinin onun, gizli hədəfləri 85 km məsafədə kəşf etmək, izləmək və onları 45 km məsafədə məhv etmə gücünə malikdir. Nəzarət, əməliyyatın idarəsi və hərəkətlilik səviyyələrində yüksək qüdrətə sahib olan 15 Xordad yüksək əməliyyat diapazonunda və geniş ölüm zonasında (27 km-ə qədər 150 km hündürlükdə və 7-25 km diapazonda yerləşən hədəflərlə) münaqişəyə daxil ola bilər.
Kəşfiyyat təyyarələri, bomba atanlar və taktiki qırıcılar kimi yüksək hücum qabiliyyətli hava hədəfləri ilə effektli münaqişə imkanı 15 Xordad Hava Hücumundan Müdafiə Sisteminin digər imkanlarındandır.
İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi 8 İyun 2019-cu il tarixində 15 Xordad adlı ölkənin ən yeni hava hücumundan müdafiə sistemini təqdim edib, onu İran İslam Respublikasının ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin əməliyyat bölmələrinin ixtiyarına verib.
Rəd raket sistemi
“Rəd sistemi” İran İslam İnqilabının Keşikçilər Korpusu tərəfindən istehsal edilmiş yer-hava tipli raket sistemidir. “Rəd raket sisteminin buraxıcı qurğusu” Rusiyanın Buk M-1-2 yer-hava sistemində istifadə olunmuş təkərli modelə xüsusi oxşarlığı olan 6 təkərli və üç raket dəsti daşıyan bir maşındır.